Xəzərdə ekspedisiyalar keçiriləcək
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin alimləri 2026-cı ildə Azov və Xəzər dənizlərində ən azı 20 ekspedisiya keçirəcəklər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
“2026-cı ildə təxminən 200 sutka davam edəcək ən azı 20 dəniz ekspedisiyası keçirməyi planlaşdırırıq. Hazırda hər kəs dənizlərlə bağlı iki problemdən danışır. Bu, Azov dənizi və Don çayında su qıtlığı və müvafiq olaraq Azov dənizində suyun şorlaşmasıdır. İkinci problem Xəzər dənizi ilə bağlıdır. Söhbət Xəzər dənizinin səviyyəsinin düşməsindən, yəni Volqa çayından axının azalmasından gedir”, - açıqlamada bildirilib.
Məlumata görə, tədqiqatlar “Deneb” elmi gəmisi ilə aparılacaq.
Xəzər dənizinə səfər sentyabr ayında planlaşdırılır.
“Xəzərdə hazırda dəniz səviyyəsinin düşməsi ilə yanaşı, yeni növlərin məskunlaşması ilə bağlı maraqlı proseslər baş verir və məhz bütün bu sistemin, həm yeni növlərin, həm də aborigen növlərin özlərini necə hiss etməsi və bu çətin şəraitə necə uyğunlaşması maraqlıdır”, - Cənub Elm Mərkəzinin məlumatında deyilir.
Xatırladaq ki, Mərkəzin ilk oxşar tədqiqatı 2024-cü ildə Azov dənizinin akvatoriyasında aparılıb.
Baxış sayı:31
Bu xəbər 18 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















