Icma.az
close
up
RU
Xəzərdə fəlakət 33 metr aşağı düşəcək

Xəzərdə fəlakət 33 metr aşağı düşəcək

Icma.az, Modern.az saytına istinadən bildirir.

Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsi son dövrlərdə region üçün ciddi ekoloji narahatlığa çevrilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Modern.az-a açıqlamasında bu azalmaya səbəb olan başlıca amillərdən bəhs edib. Ekspertin sözlərinə görə, Xəzərin su balansının pozulmasının əsas səbəbi ona axan çayların sululuğunun azalmasıdır:

“Xəzərə daxil olan suyun təxminən 80 faizini təmin edən Volqa çayı Xəzər dənizinin səviyyəsini formalaşdıran əsas mənbə hesab olunur. Lakin bu çayın üzərində tikilmiş irimiqyaslı su anbarları su itkisini daha da artırır”.

Rövşən Abbasov bildirib ki, yalnız Volqa hövzəsində yerləşən su anbarlarının ümumi sahəsi 20 min kv km-i ötür və bu anbarlardan buxarlanan su Xəzərin səviyyəsini azaldan əsas faktorlar sırasındadır:

“Bununla yanaşı, iqlim dəyişikliyi də bu prosesə təsir göstərir. İqlim dəyişiklikləri səbəbindən Xəzər dənizi səthində buxarlanma daha da güclənib ki, bu da dəniz suyunun azalmasına əlavə təsir göstərir”.

Ekspert onu da qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində təbii dövrlər mövcuddur, lakin son proqnozlar bu azalmanın davamlı və təhlükəli olacağını göstərir. Onun fikrincə, hazırkı vəziyyət dəyişməzsə və xüsusilə Rusiya ərazisində su götürülmələri artarsa, dənizin səviyyəsinin mənfi 33 metrə, hətta daha aşağı düşməsi mümkündür:

R.Abbasov həmçinin hesab edir ki, vəziyyətdən çıxış yolu region ölkələrinin birgə fəaliyyət göstərməsindən keçir:

“Xəzərin bərpası üçün Xəzəryanı ölkələr, xüsusilə də Rusiya bir araya gəlməli və sıx əməkdaşlıq şəraitində birgə tədbirlər həyata keçirməlidirlər. Volqa çayında su götürülmələri azaldılmalı və imkan daxilində minimuma endirilməlidir”,– deyə ekspert bildirib.

O vurğulayıb ki, əgər hazırda bu istiqamətdə tədbirlər görülməzsə, 2050-ci ilə qədər verilən pessimist proqnozlar reallaşa və Xəzər dənizi ekoloji fəlakətlə üz-üzə qala bilər.

Aytac Bəhruzqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri