Xəzərdə nə baş verir? Ardıcıl zəlzələlərin səbəbi açıqlandı
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəzər dənizində 8 apreldə 5.3 maqnitudalı, 12 apreldə isə 4.6 maqnitudalı zəlzələ baş verib. Həmin seysmik hadisələrdən sonra ərazidə zəif afterşoklar davam etməkdədir və onların sayı 500-ü ötüb.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, Azərbaycan Alp-Himalay qırışıqlıq qurşağı üzərində yerləşdiyindən ölkə ərazisi seysmik baxımdan aktiv zonaya daxildir. Bu aktivlik xüsusilə Xəzər dənizi akvatoriyasında daha çox müşahidə olunur və burada vaxtaşırı zəlzələlər qeydə alınır:

"Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən maqnitudası 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyətə mütəmadi məlumat verilir. Bu gün də Xəzər akvatoriyasında kiçik həcmli yeraltı təkanlar qeydə alınıb. Seysmik aktiv zonalar üçün belə təkanların müşahidə olunması təbii haldır”.
Vüsalə Rafiqqızı vurğulayıb ki, zəlzələlərin dəqiq proqnozlaşdırılması mümkün deyil və bu istiqamətdə heç bir elmi əsaslı qabaqcadan xəbər vermə mövcud deyil: "Bununla belə, qeydə alınan zəif təkanlar bölgədə yaxın zamanda güclü və dağıdıcı zəlzələ ehtimalının aşağı olduğunu göstərir”.
Qeyd edək, ki Xəzərdə gün ərzində dördüncü zəlzələ qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 14 Aprel 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















