Xəzərdə xüsusi təyinatlı körpülər quraşdırılması KTN ilə razılaşdırılacaq
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəzərdə xüsusi təyinatlı körpülər quraşdırılması Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılacaq.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.
İndiyə qədər qüvvədə olan qərara əsasən, istirahət üçün gəmi səfərlərinin keçirilməsi zamanı balıq mühafizə orqanları ilə razılaşdırmaq şərtilə, kiçik gəmilərin daimi dayanacağı məqsədilə yerli icra hakimiyyət orqanları tərəfindən Xəzər dənizi sahili adalarında, respublikanın su axınları və su tutarlarında xüsusi təyinatlı körpülər və yaxud onların quraşdırılması üçün sahələr ayrılıb. Bundan sonra balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaq şərtilə, kiçik gəmilərin daimi dayanacağı məqsədilə yerli icra hakimiyyət orqanları tərəfindən Xəzər dənizi sahili adalarında, respublikanın su axınları və su tutarlarında xüsusi təyinatlı körpülər və yaxud onların quraşdırılması üçün sahələr ayrılacaq.
Baxış sayı:92
Bu xəbər 03 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















