Icma.az
close
up
RU
Xəzərdə yeni cəbhə açıldı: Bakı hərəkətə keçə bilər KONKRET

Xəzərdə yeni cəbhə açıldı: Bakı hərəkətə keçə bilər KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrailin İrana hücumundan sonra başlayan gərginlik birbaşa Azərbaycana təsir etməsə də, ölkənin həm şimalında, həm də cənubunda müharibənin davam etməsi müəyyən narahatlıqlar yaradırdı. Rəsmi Bakı münaqişələrin sülh və beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır və hər zaman tərəflərə vasitəçilik missiyasını təklif edir.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bununla belə, son günlər hər iki müharibə ilə bağlı narahatlıq daha da artıb. Daha dəqiq desək, tərəflər arasında gedən döyüşlər bizim üçün strateji əhəmiyyət kəsb edən Xəzər dənizinə yayılıb.

Belə ki, öncə ABŞ Xəzərdəki dəniz bazasına zərbə endirib. Daha sonra isə Ukrayna Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Ukraynanın İran planı

“Fortune” nəşri iddia edir ki, Ukrayna Xəzər dənizində gəmilərə zərbələr endirməklə ABŞ-ın İran ətrafında blokada halqasını tamamlamağa kömək edir.

Aydın məsələdir ki, Ukrayna tərəfi ABŞ-ın də istəyi ilə belə bir addım atır. Yəni üzdə görünən məqsəd Rusiyanın Xəzər dənizindəki mühüm nöqtələrini sıradan çıxarmaq olsa da, pərdəarxası məqsəd İrana zərbə endirməkdir. Onsuz da Rusiya İrana, İran da Rusiyaya dəstək verir.

Əslində, bizim üçün mühüm məqam proseslərin Xəzər dənizinə sirayət etməsidir. Belə ki, Azərbaycan illərdir Xəzərin hərbiləşməsinin qarşısının alınması istiqamətində aktiv fəaliyyət göstərir. Bakı üçün əsas məsələ Xəzərin sabitlik və əməkdaşlıq məkanı kimi qalmasıdır. Müharibələrin bu hövzəyə qədər uzanması isə enerji infrastrukturu, dəniz nəqliyyatı və regional iqtisadi layihələr üçün əlavə risklər yaradır.

Azərbaycan bu riskin fərqindədir. Bununla belə, istisna deyil ki, emosional qərarlar verməyəcək. Bakı strateji səbir nümayiş etdirərək balanslaşdırılmış xarici siyasətini qoruyacaq və bütün tərəflərlə dialoq imkanlarını açıq saxlayacaq. Bu, olduqca vacibdir. Bakı bu yolla tərəfləri ehtimal danışıqlara cəlb edə və ya belə danışıqların baş tutması üçün cəhdlər göstərə bilər.

Naxçıvan insidenti

Lakin Bakı Naxçıvan insidentində olduğu kimi, sərt üzünü də göstərə bilər. Daha dəqiq desək, Xəzərdə hərbi aktivlik artarsa, Azərbaycan da dəniz sərhədlərinin, enerji infrastrukturunun və strateji obyektlərinin mühafizəsini gücləndirməlidir. Çünki müasir müharibələrdə risk yalnız birbaşa hücumdan ibarət olmur. Logistika marşrutlarının pozulması, enerji layihələrinin hədəfə çevrilməsi və ya ticarət yollarında yaranan qeyri-müəyyənlik də milli təhlükəsizlik üçün ciddi risk hesab olunur.

Əslində, bu vəziyyət bir daha dövlətin Xəzər donanmasına fokuslanmasının nə qədər əhəmiyyətli olduğunu göstərir. Mövcud donanmamız dövlət sərhədlərini qorumaq üçün yetərli olsa da, potensialın artırılması və donanmanın gücləndirilməsi strateji hədəf olaraq qalmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri