Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Xəzərdə yeni döyüş başlayır: Niyə məhz indi?

Xəzərdə yeni döyüş başlayır: Niyə məhz indi?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bir neçə gün bundan əvvəl Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsinin yenidən gündəmə gətirilməsi ilk baxışda texniki-hüquqi məsələ təsiri bağışlaya bilər. 

Əslində isə söhbət Xəzərdə regional güc balansına təsir göstərə biləcək kifayət qədər ciddi siyasi qərardan gedir. Bu baxımdan İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması xüsusilə diqqətçəkəndir: 

nazir bir tərəfdən konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirir, digər tərəfdən isə vurğulayır ki, sənəddə İranın Xəzərdəki konkret payı müəyyənləşdirilmir və bu məsələ ikitərəfli, yaxud üçtərəfli danışıqlar yolu ilə həll olunmalıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Xəzər haqqında Konvensiyada təkcə İranın deyil, heç bir sahilyanı dövlətin Xəzərdəki konkret payı müəyyənləşmir:

“Konvensiya yalnız Xəzərin dibinin necə bölüşdürüləcəyinin hüquqi çərçivəsini yaradır. Konvensiyasının 8-ci maddəsinə əsasən Xəzərin dibi və yeraltı sərvətlərinin sektorlara bölünməsi qonşu və qarşı-qarşıya sahilləri olan dövlətlərin razılaşması ilə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları nəzərə alınmaqla həyata keçirilir. 

Bu müddəa əslində mövcud praktikanı nəzərə alır. Belə ki, 2001-2003-cü illərdə əvvəlcə Azərbaycan və Qazaxstan, Azərbaycan və Rusiya ayrı-ayrılıqda ikitərəfli qaydada, sonra isə həmin dövlətlər birlikdə üçtərəfli qaydada öz aralarında Xəzərin dibinin sektorlara bölünməsi barədə razılaşma imzalayıblar”. 

Əraqçinin bu açıqlamasını İranın Konvensiyadan imtina etmədiyini, lakin Xəzərinin dibinin delimitasiyası məsələsinə daha aktiv yanaşacağı barədə mesaj kimi qiymətləndirmək olar:

“Açıqlamanın verildiyi zaman da maraqlı görünür. İran müasir geosiyasi şəraitdə Yaxın şərqdə gərginlik, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi, Ukrayna dronlarının və ABŞ raketlərinin Xəzərdə görünməsi kontekstində artıq konvensiyadan kənarda qalmağın riskli olduğunu görür. 

Xəzər indi yalnız enerji ehtiyatları və balıqçılıq məsələsi deyil. Bu dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal–Cənub dəhlizinin, Mərkəzi Asiya ilə əlaqələrin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilir. 

Belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması artıq üstünlükdən daha çox çatışmazlığa çevrilə bilər. İran ratifikasiya ilə Xəzərin statusunun gələcək elementlərinin formalaşmasında təsirini, Xəzərin dibinin delimitasiya məsələsində ayrıca danışıqlar aparmaq imkanını saxlayır”. Bu məsələdə Rusiya amilini də nəzərə almaq lazımdır: 

“Rusiya uzun müddətdir ki, Xəzərin hüquqi statusu məsələsinin yekunlaşdırılmasında maraqlıdır. Belə ki, Rusiya üçün Xəzər həm təhlükəsizlik, həm də geosiyasi nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır. 

Konvensiyanın əsas müddəalarından biri Xəzərdə hərbi fəaliyyətlə bağlı xüsusi rejim yaratmaq və sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzərdə iştirakını istisna etməkdir. 

Bu, Rusiyanın strateji maraqlarına tam uyğun gəlir. Çünki Rusiya Xəzəri özünün cənub təhlükəsizlik perimetrinin bir hissəsi kimi görür. İranın konvensiyanı ratifikasiya etməsi isə Rusiyanın arzuladığı hüquqi statusun tamamlanmasına kömək edəcək.

Bir neçə gün sonra Tehranda Xəzəryanı dövlətlərin sammitinin keçiriləcəyi gözlənilir. Rusiya hələ keçən ilin dekabrında İranın Konvensiyanı bu sammitə qədər ratifikasiya etməsinə ümid etdiyini açıqlamışdı. Bu amili də əhəmiyyətli hesab etmək olar: 

İranın ratifikasiyasının məhz indi – Tehranda Xəzəryanı ölkələrin sammiti ərəfəsində – gündəmə gətirilməsi sırf hüquqi deyil, həm də ciddi geosiyasi zamanlama təsiri bağışlayır. 

Lakin İran ratifikasiya məsələsinin Rusiyanın tələbi ilə gündəmə gətirdiyini etiraf etmək və Rusiyaya güzəşt kimi təqdim etmək istəmir. Bu məsələnin sırf Tehranın milli maraqları ilə əsaslandırıldığı görüntüsünü yaratmaq istəyir”.

Konvensiyanın ratifikasiyasının gündəmə gətirilməsini Azərbaycan və Türkmənistan amili ilə də əlaqələndirmək olar: 

“Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycan, cənubi şərq istiqamətində isə Türkmənistandır. Hər 2 dövlətin Xəzərdə böyük enerji infrastrukturu, neft-qaz yataqları, dəniz platformaları və beynəlxalq enerji layihələri mövcuddur. Bu isə İranla Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi və dəniz sərhədləri məsələsini prinsipial mövzuya çevirir. 

İran konvensiyanı ratifikasiya etməklə onun yaratdığı ümumi hüquqi çərçivədən istifadə edərək Azərbaycan və Türkmənistanla danışıqlara daha müəyyən hüquqi platformada daxil ola bilər. 

İranın Xəzərin hüquqi statusu üzrə ümumi konvensiyadan kənarda qalması Türkmənistan və Azərbaycanla ayrı-ayrı mübahisələrdə onun mövqeyini uzunmüddətli perspektivdə daha mürəkkəb vəziyyətə sala bilər. İndiki qeyri-müəyyənlik uzandıqca, məsələ hüquqi mübahisədən daha çox siyasi qarşıdurma mövzusuna çevrilə bilərdi.

Nəhayət, bu məsələyə Şimal–Cənub dəhlizi kontekstindən də yanaşmaq olar. Burada Xəzərin hüquqi statusu ilə İranın iqtisadi maraqlarının birbaşa birləşdiyini görmək olar. Belə ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran üçün strateji əhəmiyyət daşıyır. 

Rusiya ilə İran arasında yükdaşımaların artması, Xəzər limanlarının əhəmiyyətinin yüksəlməsi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Xəzəri İranın regional iqtisadi siyasətində daha vacib mövqeyə gətirir. Bu mənada İran bu prosesin içində olmaq istəyirsə, Xəzərin hüquqi rejiminin müəyyən edilməsində də tam hüquqlu iştirakçı olmalıdır. 

Başqa sözlə, Xəzərin hüquqi statusu məsələsi artıq Tehran üçün yalnız suverenlik məsələsi deyil, həm də tranzit və iqtisadi gəlir məsələsidir. Buna görə də ratifikasiya İranın iqtisadi maraqlarına da xidmət edə bilər”.

Onun sözlərinə görə, konvensiyanı ratifikasiya etmək indiki vəziyyətə nisbətən İrana bəzi üstünlüklər verir: 

“İran Xəzərin hüquqi rejiminin tamhüquqlu iştirakçısına çevrilir, gələcək delimitasiya danışıqları üçün hüquqi platformanı qəbul etmiş olur, Rusiya və digər Xəzəryanı dövlətlərlə münasibətlərində əlavə hüquqi qeyri-müəyyənlik aradan qalxır. 

Bunlardan başqa, Xəzərdə xarici dövlətlərin hərbi iştirakına qarşı ümumi prinsip İranın da təhlükəsizlik maraqlarına xidmət etmiş olur.İran parlamenti ratifikasiya etsə, Bakı–Tehran münasibətlərində Xəzər məsələsinin yeni mərhələyə keçməsi ehtimalı yüksəkdir. 

Ratifikasiyadan sonra əsas məsələ Xəzərin dibinin delimitasiyası olacağı şübhəsizdir. Bu isə öz növbəsində daha mürəkkəb prosesdir; burada söhbət siyasi bəyanatlardan yox, konkret koordinatlardan, dəniz dibindən, enerji yataqlarından və qarşılıqlı hüquqi arqumentlərdən gedəcək. 

Başqa sözlə, İranın ratifikasiyası Xəzər məsələsinin sonu deyil, Azərbaycan–İran delimitasiya danışıqlarının yeni başlanğıcı ola bilər. Lakin bu məsələdə Azərbaycan, Rusiya və Qazaxstan presidentinin əsas götürülmüsi mümkün hesab oluna bilər. Bu, həm də beynəlxalq praktikaya uyğundur.

Beləliklə, İranın Xəzərin statusu haqqında konvensiyanı ratifikasiya etməyə hazırlaşmasını bu məsələdə İranın öz əvvəlki mövqeyindən geri çəkilməsi və Xəzərin statusu məsələsinin qəti həll olunması kimi qiymətləndirmək bir o qədər də düzgün olmazdı. 

Bu daha çox taktikanın dəyişdirilməsi və diplomatik manevr təsiri bağışlayır. İran tərəfindən Konvensiyanın ratifikasiyasını Xəzər uğrunda hüquqi mübarizənin başa çatması yox, yeni mərhələyə keçməsi kimi qiymətləndirmək daha düzgün olardı”.

“Cebheinfo.az”
 

Açar sözlər: Xəzər Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see637

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see330

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see318

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see228

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see226

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri