Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Xəzər dənizindəki Nordovı adası (Dağıstan respublikasına aiddir – red.) suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə birləşə bilər.
Axar.az xəbər verir ki, bu barədə RBK rus alimlərinə istinadla məlumat yayıb.
Məlumata görə, son beş ildə Xəzər dənizinin səviyyəsi hər il orta hesabla 23 santimetr azalıb:
“Xəzər dənizinin dayaz ərazilərinin üstünlük təşkil etdiyi şimal hissəsində suyun dayazlaşması xüsusilə nəzərə çarpır. 2025-ci ildə Xəzər dənizinin səviyyəsi rekord həddə, 29,4 santimetr azalıb. Hazırkı azalma tempi davam edərsə, təxminən 20 il ərzində Xəzər dənizinin səviyyəsi daha 4,5 metr aşağı düşə bilər. Bu halda Nordovı adası quru ilə birləşərək yarımadaya çevriləcək”.
Qeyd edilib ki, Xəzər dənizinin dayazlaşmasının əsas səbəbi Volqa çayından gələn suyun azalması və buxarlanmanın güclənməsidir:
“Xəzər dənizinin səviyyəsinin azalması artıq ekosistemə mənfi təsir göstərir, balıqların kürü tökdüyü ərazilərin sahəsini daraldır, gəmiçiliyə və limanların fəaliyyətinə təhlükə yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















