Icma.az
close
up
RU
Xəzərdəki hədəflərə zərbə endirildi: Bakı savaşın tərəfinə çevrilir? İrlandiyalı ekspert açıqlayır

Xəzərdəki hədəflərə zərbə endirildi: Bakı savaşın tərəfinə çevrilir? İrlandiyalı ekspert açıqlayır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Globalinfo.az irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşla müsahibəni təqdim edir:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner sülh planını müzakirə etmək üçün Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəliblər. Ukrayna ətrafındakı son durumu necə şərh edərdiniz?

– Ukraynadakı vəziyyəti qiymətləndirmək çətindir. Görünür, Tramp döyüş meydanının reallığını əks etdirən bir sülhə nail olmaqda israr edir. Əgər Kiyev və Avropa bunu qəbul etməsə, o, müharibəni avropalıların öhdəsinə buraxaraq geri çəkiləcək.

– Britaniyalı keçmiş diplomat Alastair Krukun iddiasına görə, Avropa İttifaqı ABŞ-ı Rusiya ilə münaqişəyə cəlb etməyə o qədər can atır ki, bunun üçün asanlıqla Perl-Harbor miqyaslı təxribat təşkil edə bilər. İndiki məqamda belə bir şey mümkündürmü?

– Avropa çox güman ki, Tramp vəzifədə olduğu müddətdə sadəcə Kiyevi dəstəkləməklə ABŞ-ı münaqişəyə yenidən cəlb etməyə ümid edəcək və o, hakimiyyətdən getdikdən sonra ABŞ-ın yenə əvvəlki işlərinə qayıtmasına ümid edəcək.

Ukrayna ordusu Xəzər dənizindəki “Lukoil”in neft hasilatı platformalarına ikinci hücumu həyata keçirib. Rusiya-Ukrayna müharibəsi Azərbaycana ciddi təhdidlər yaradır. Ötən il dekabrın 25-də Azərbaycana məxsus mülki təyyarənin vurulmasının təməl səbəbi bu idi. Azərbaycan istəmədən bu savaşın tərəfinə çevrilir?

– Mən belə düşünmürəm. Azərbaycanın məsafə saxlaması çox müdrik qərardır. Bu siyasət Bakının maraqlarına cavab verir. Tramp və Putini qıcıqlandırmaq nəyə lazımdır ki?

– Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının 1 ilinin tamam olmasına az qalıb. Rusiya hökumətindən üzrxahlıq, kompensasiya, günahkarların hüquqi yolla cəzalandırılması və s. kimi gözləntilər var. Amma Rusiya tam əks mövqe tutaraq azərbaycanlı diaspora rəhbərinə qarşı həmlələr edir. Putin hakimiyyətinin bu mövqeyi Cənubi Qafqazda status kvonu dəyişə bilərmi? Ermənistanla sülh prosesini əngəlləmək gücünə malikdirmi? Azərbaycanın özünə hansı problemləri yarada bilər?

Patrik Uolş

– Bir ay əvvəl məsələnin həllinə yaxın olduğu görünürdü və mən düşünürəm ki, bu belə də olacaq. Əlbəttə ki, həll olunmamış məsələlər var, amma uzunmüddətli perspektivdə münasibətlərin pisləşməsi tərəflərin heç birinin marağında deyil. Ermənistanın TRİPP əsasında ABŞ ilə daha dərin münasibətlər qurduğu nəzərə çarpır. Və bu, dəhlizdə Rusiyanın təsiri ilə balanslaşdırılmalıdır. Əks təqdirdə, Ermənistan Trampdan sonrakı dövrdə Vaşinqton və Kaliforniyadakı təsirindən yararlanaraq mövqeyindən sui-istifadə edəcək.

– 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərinə Rusiyanın kobud müdaxiləsi gözlənir. Bunun üçün İrəvan Avropa İttifaqına (Aİ) müraciət edib. Kreml seçki amilindən istifadə edib, İrəvanda iğtişaşlar törədə, Paşinyanı devirə bilərmi? Aİ-nin reaksiyasından belə görünür ki, vəziyyət kifayət qədər ciddidir. 

– Moskvanın Paşinyanı devirmək üçün vasitələrinin olduğuna şübhə edirəm. O, hazırda ABŞ hökumətinin himayəsi altındadır və Ermənistan əhalisi köhnə qvardiyanın geri qayıtmasına və onun korrupsiyasına qarşı düşmən mövqedədir. Ermənistan Qərbin regiondakı ən böyük ümididir və Rusiya isə oyundankənar vəziyyətdədir. Əlbəttə ki, Moskva seçkilərə təsir göstərməyə çalışacaq, amma Ermənistan qərb istiqamətində hərəkət edir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri