Icma.az
close
up
RU
Xəzərdən Qara dənizə UZANAN KÖRPÜ Azərbaycan Avropanın enerji xəritəsini NECƏ DƏYİŞİR?

Xəzərdən Qara dənizə UZANAN KÖRPÜ Azərbaycan Avropanın enerji xəritəsini NECƏ DƏYİŞİR?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftəni enerji bazarları nisbi sakitliklə başa vurdular. Yəni hansısa gözə çarpacaq dəyişiklik olmadı. Qlobal bazarlarda yaşananları elə neftin qiymətindəki dinamikanı izlədikdə də görmək mümkündür.
Qlobal bazarlar
London Əmtəə Birjasında həftə əvvəli hərraclar başlayarkən Brent markalı neftin 1 bareli 72.04 qiymətinə satılsa da, amma günün sonuna 71.11 qiyməti ilə bağlandı. Sonrakı günlər də neft daha çox 71 dollar ətrafında ticarət edildi və fevralın 26-da isə əvvəlcə, 70 dollardan aşağı həddə düşsədə, amma sonra yenidən 71 dollara doğru irəliləməyə başladı. Bəs bu cür dəyişkənliyə səbəb nə idi?
 

MÖVZU İLƏ BAĞLI:
Dünya birjalarında neft bahalaşır


Buna təsir edən əsas amillərdən biri ABŞ Energetika nazirliyinin çərşənbə günü dərc olunan həftəlik hesabatı idi. Analitiklərin gözlədiyi 1,8 milyon barel artım əvəzinə, ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 16 milyon barel artaraq  435,8 milyon barelə çatdı. Neft ehtiyatlarının bu cür gözlənilməz artımı ümumən zəif daxili tələbatdan qaynaqlanırdı.
SOCAR-Koreya əməkdaşlığı
Yola saldığımız həftə Azərbaycan Dövlət Neft Şirkətinin bir sıra aktiv addımlar atmasını müşahidə etdik. Qeyd edim ki, SOCAR Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətə malik dövlət şirkətidir. Buna görə də onun görüşləri, apardığı danışıqlar, imzaladığı sənədlər ölkəmizin enerji siyasətində hansı hədəflərin nişan alındığını göstərən bir orientirə çevrilir.
 

SOCAR Cənubi Koreyanın məşhur şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. SOCAR-ın Müşahidə Şirasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Samsung E&A Co." şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları barədə Bakıda görüş keçirib.


Daha sonra SOCAR və “Samsung” şirkətlərinin rəhbərləri əməkdaşlıq sənədini imzalayıb. Həmin sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.
Karbamid zavodundan başlayan əməkdaşlıq
Bəs SOCAR-ın Cənubi Koreya şirkəti ilə əlaqələrinin genişləndirilməsində marağı nədir? Əvvəla, bu şirkət qlobal mühəndislik, satınalma və tikinti  podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma, detallı mühəndislik, tikinti, istismara vermə və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir.
SOCAR-ın gübrə istehsalı
Elə bu yerdə xatırlatmaq istərdim ki, sözügedən Koreya şirkəti 2024-cü ilə qədər “Samsung Engeneering” adlanırdı və SOCAR-la əməkdaşlığı hələ 13 il əvvəl başlayıb. SOCAR Karbamid Zavodu bu əməkdaşlığın "vizit kartı" sayılır: məhz 2013-cü ildə şirkətlər arasında zavodun layihələndirilməsi, avadanlıqların satınalınması və tikintisi üzrə müqavilə imzalanmışdı və uğurlu əməkdaşlığın bariz nümunəsi kimi 2019-cu ildə zavodun işə salınaraq hazırda ölkəmizin qeyri-neft sektorunda fəaliyyət göstərən ən böyük sənaye müəssisələrindən biri hesab edilir. Zavodun istismara verilməsi ilə Azərbaycan azot gübrəsi idxalından azad oldu və eyni zamanda bu məhsulun ixracatçısına çevrildi.
Qeyd edim ki, 2025-ci ildə “SOCAR Carbamide” zavodu 587,2 min ton azot gübrəsi istehsal edib. Ötən il Azərbaycan 170,8 milyon dollar dəyərində 543,5 min ton azot gübrəsi ixrac edib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, əvvəlki illə müqayisədə ixrac edilən məhsulun həcmi 3,8 % azalsa da, dəyəri 35,3 % artıb. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı isə 5,2 % təşkil edib.
SOCAR-Özbəkistan əməkdaşlığında emal seqmenti
Azərbaycan Dövlət Neft Şirkəti bu həftə Xəzərin o tayında xidmət sahəsində mümkün layihəyə sahib çıxması yönümündə də addım atıb. Buxara Neft Emalı Zavodunun səmərəliliyinin artırılması üçün SOCAR "Özbəkneftqaz" ilə birgə işləməkdə maraqlı olduğunu bildirib. Bu barədə "Özbəkneftqaz" şirkətin İdarə Heyətinin sədri Abduqani Sanginov və SOCAR-ın törəmə müəssisələri olan "SOCAR Trading" ilə "SOCAR Downstream Management"in rəhbərliyi arasında keçirilən görüşdə bildirilib.
 

Danışıqların yekunlarına əsasən, tərəflər əməli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Həmçinin texniki auditin aparılması və növbəti addımlar üzrə konkret təkliflərin işlənib hazırlanması məqsədilə SOCAR-ın işçi qrupunun müəssisəyə səfərinin təşkil edilməsi barədə razılıq əldə olunub.


Xatırladım ki, 24 iyul 2025-ci il tarixində SOCAR və “Özbəkneftqaz” şirkətləri məhsulun pay bölgüsü haqqında saziş imzalayıblar. Saziş yaxın 3 ildə Özbəkistanın şimal-qərbində Üst-Yurt geoloji sahəsində kəşfiyyat işlərinin həyata keçirilməsini nəzərdə tutur.
SOCAR-ın kadr potensialı
Bütün planlaşdırılan işləri yüksək səviyyədə həyata keçirmək üçün isə ixtisaslı kadrlara malik olmağın böyük əhəmiyyəti var. Elə bu baxımdan da bu həftənin əvvəli SOCAR-ın təşkil etdiyi 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumunda maraqlı məlumatlar açıqlanıb.
Performans, yəni “Xidməti fəaliyyətin idarə edilməsi mədəniyyətinin təşviqi" Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində idarəetmə prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini ortaya qoymaqla yanaşı, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.
SOCAR-ın bununla bağlı yaydığı məlumatda bildirilir ki, 2024-cü ildən etibarən sistemli şəkildə tətbiq olunan xidməti fəaliyyətin idarə edilməsi sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə 42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki heyət fərdi hədəf kartları əsasında idarə edilir.
SOCAR işçi sayını niyə azaldır?
Bu yerdə xüsusilə dayanmaq istəyirəm. Yəni burada SOCAR-da işləyən personalın sayının artıq 42 min olduğu vurğulanır. Əgər biz SOCAR-ın illik hesabatlarına nəzər yetirsək, görərik ki, 2024-ci ilin sonuna bu göstərici 48 min nəfər idi. Demək, aparılan struktur islahatları, rəqəmsallaşdırmanın müsəssislərədə tətbiqi və avmomatlaşdırılmanın dərinləşdirilməsi nəticəsində Dövlət Neft Şirkətində personalın optimallaşdırılması artıq özünü göstərir.
Qeyd etmək istərdim ki, 34 yaşına keçid edən SOCAR-ın fəaliyyəti tarixində onun işçilərinin ən yüksək göstəricisi 2011-ci ildə qeydə alınmışdı – 79 minə yaxın bir işçi heyəti vardı. Amma 20 il öncə SOCAR-ın personalı 58 min idi. Sual oluna bilər ki, bəs hansı səbəbdən bu qədər artım olmuşdu. Təbii ki, buna səbəb əvvəlcə, ölkənin qaz paylayıcı qurumu, “Azəriqaz”-ın SOCAR-a birləşdirilməsi, daha sonra isə “Azərkimya” kimi iri personala malik bir İstehsalat Birliyinin SOCAR-ın çətiri altında yer alması dururdu. Amma elə zənn etməyin ki, SOCAR daim işçi sayı baxımdan böyüyən şirkət olub.
Amma 2017-ci ildə SOCAR öz personalını 6 ilə nə az, nə çox təqribən 28 min nəfər azaltmağa nail olmuşdu. Yəni SOCAR yaranan gündən öz çiyinlərində böyük sosial bir yük daşıdığının fərqində olsa da, amma zaman zaman “ayağını da yorğanına görə uzatmağın” fərqinə varmağı bilib. Bu baxımdan da qlobal bazardakı vəziyyətlə də ayaqlaşmağı diqqətdə saxlayıb, daxildə də personalı yeni qaydalar çərçivəsində münasibətlərə yönəltməyi unutmayıb.           
Avropaya enerji ixracı layihəsi
Bu həftə isə ictimaiyyətə açıqlanıb ki, "Xəzər-Qara dəniz-Avropa" enerji dəhlizi layihəsinin dəniz dibinin tədqiqatları iki mərhələdə aparılacaq. Birinci mərhələ Gürcüstan və Rumıniyanın ərazi sularını və xüsusi iqtisadi zonalarını, ikinci mərhələ isə Bolqarıstan və Türkiyənin xüsusi iqtisadi zonalarını əhatə edir. Yəni başlanğıcını Azərbaycandan götürəcək sualtı yüksək gərginlikli kabelin Qara dənizin dibindən hansı sektorlar üzərindən keçməklə Avropadakı istehlakçılara çatrıdırlması məsələsi artıq daha konkret bir şəklə gətiriləcək.
 

Qeyd edim ki, bu mərhələ dəniz dibi tədqiqatlarının layihələndirilməsini, satınalınmasını və onlara nəzarəti əhatə edir ki, bu da Qara dəniz regionunda elektrik enerjisi sistemlərinin transsərhəd birləşməsinin inkişafında əsas addımdır.


Azərbaycan isə öz növbəsində yaşıl enerji istehsalının artırılması yönümündə bu həftə daha iki layihəyə imza atıb.
Yeni “yaşıl enerji” müqavilələri
Belə ki, Azərbaycan Energetika nazirliyi Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik Stansiyası layihəsi üzrə "CEI Nakhchivan" MMC, həmçinin həmin gücdə "Qərbi Üfüq" Günəş Elektrik Stansiyası layihəsi üzrə isə "Enerso" MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalayıb. Hər iki şirkət özəl sektorun təmsilçiləridir.
Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kVt/st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
Qeyd edim ki, hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 %, istehsalında isə 36,4 % təşkil edir.
“Araz” çayının gələcək enerjisi
Azərbaycan hökuməti bu həftə yaşıl enerjinin istehsalının artımı üçün Araz çayının enerjisindən istifadə məsələlərini də müzakirə edib. Fevralın 24-də Azərbaycan və İran arasında birgə layihələrin, o cümlədən "Xudafərin", "Qız Qalası" və "Ordubad" su elektrik stansiyalarının icrası və elektrik enerjisinin  ixracı ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr energetika naziri Pərviz Şahbazovla İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə baş tutub.
İqtisadi münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanmaqla yanaşı, Araz çayının enerji potensialından istifadənin gələcək ikitərəfli tərəfdaşlığa verilən önəmin göstəricisi olduğu da vurğulanıb. Necə deyərlər, Araz bundan sonra bu tərəfi o tərəflə birləşdirən yeni bir iqtisadi mənbə kimi gündəmə gəlir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Mart 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri