Icma.az
close
up
RU
Xəzərə balıq körpələrinin buraxılması prosesi niyə dayandırılıb?

Xəzərə balıq körpələrinin buraxılması prosesi niyə dayandırılıb?

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ölkəmiz Xəzər dənizinə çıxışı olan beş dövlətdən biridir. Bu isə tarixən balıqçılığın geniş inkişaf etməsinə şərait yaradıb. Son illər isə bazarlarda yerli balıqların azalması, qiymətlərin bahalaşması narahatlıq doğurur. Xaricdən idxal olunan balılarla yerli məhsulların qiyməti demək olar ki bir-birindən fərqlənmir. Hazırda bazarlarda Həştərxandan gətirilən balıqlar satılır ki, qiymətləri kifayət qədər sərfəlidir.

Bu zaman isə ortaya belə bir sual çıxır. Xəzər eyni Xəzərdirsə, bəs bizdə niyə o balıqdan yoxdur?

Məsələ ilə bağlı Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanov BAKU.WS-in suallarını cavablandırıb. 

Onun sözlərinə görə, uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən 11 balıqartırma müəssisəsi balıq körpələrinin artırılması və təbii su hövzələrinə buraxılması ilə məşğul idi. Lakin Muxtar Babayevin ekologiya naziri olduğu dövrdə bu müəssisələr özəlləşdirməyə açıldı və nəticədə 9-u ya satıldı, ya da ümumiyyətlə fəaliyyətini dayandırdı. Hazırda isə cəmi 2 müəssisə mövcuddur və onların da balıq körpələrini su hövzələrinə buraxmadığı bildirilir.

"Nazirlik bu sahəni iqtisadi baxımdan qeyri-effektiv hesab etsə də, mütəxəssislər bunun doğru yanaşma olmadığını düşünürlər. Onların fikrincə, Xəzəryanı ölkələrin əksəriyyəti dövlət dəstəyi ilə balıqartırma prosesini davam etdirir və bu, su ehtiyatlarının qorunmasına böyük töhfə verir. Mütəxəssislər vurğulayırlar ki, təbiətin balansını qorumaq üçün balıq körpələrinin buraxılması yol kənarına ağac əkməyə bənzəyir – məqsəd iqtisadi qazanc deyil, ekosistemin qorunmasıdır", - deyə Z. Salmanov deyib.

Sədr onu da qeyd edib ki, bu gün balıqartırma fəaliyyəti mütləq olmalıdır. Sözügedən sahəyə dövlət dəstəyi verilməlidir.

Zaur Salmanovun fikrincə, sahə ilə bağlı müəyyən müsbət dəyişikliklər də müşahidə olunmaqdadır:

"Ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə balıqçılıq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Artıq assosiasiya ilə nazirlik arasında əməkdaşlıq başlayıb və bu qurumun sahibkarların təkliflərinə daha obyektiv yanaşdığı qeyd edilir. Salmanov hesab edir ki, qarşıdakı 3-5 il ərzində bu sahədə mühüm irəliləyişlər müşahidə oluna bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri