Icma.az
close
up
RU
Xəzərin dibi ilə möhtəşəm layihə

Xəzərin dibi ilə möhtəşəm layihə

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəzərin dibi ilə çəkiləcək Transxəzər Fiber-Optik Kabel Xətti reallaşmaq üzrədir.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə  Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış edib.

O, bildirib ki, Azərbaycan və Qazaxıstan arasında çəkiləcək Transxəzər Kabel Xətti üzrə daha bir mühüm mərhələnin uğurla tamamlandığı bildirilir.

“Belə ki, fiber optik xəttin keçəcəyi dəniz marşrutunun çəkilməsi üçün zəruri olan layihə tədqiqatı işləri uğurla başa çatdırılıb.

Bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı təhlili əhatə edir. 

Yəni məhz bunun əsasında qərar verilir ki, tikintiyə başlamaq olar.

"Pioneer Consulting" tərəfindən analiz olunan tədqiqatların nəticəsində Xəzər dənizinin dibi ilə keçəcək 380 km-lik kabelin marşrutu beynəlxalq standartlara uyğun şəkildə müəyyənləşdirilib.

Xatırladıram ki, cari ilin əvvəli Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə də imzalanıb.

Ümumiyyətlə, bu layihə həm relyef və coğrafi baxımından, həm texnoloji baxımdan, həm də geosiyasi baxımdan mürəkkəb layihə olub.

Xatırladıram ki, son 30 ildə bu tip layihənin reallaşmasına bir neçə dəfə cəhdlər olub, amma geosiyasi maraqlar baxımından bunu reallaşdırmaq mümkün olmayıb, layihələr həmişə bu marşrutdan yan keçib.  Qazaxıstan tərəfdə tərəfdaş şirkətin yenidən müəyyən edilməsi də bu layihəni bir xeyli ləngidib. Hər iki ölkənin Prezidentləri və Parlamentləri səviyyəsində bu layihə təsdiqlənib.

Hazırda özəl qurum olan Azertelecom və Kazakhtelecom şirkətinin, NEQSOL Holdinqin bu istiqamətdəki real nəticələr verən səyləri təqdirəlayiqdir, layihənin artıq tikintisi başlanacaq səviyyəyə gətirib çatdırması diqqət cəlb edəndir.

Bu kabel xətti 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

Bu layihə Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir, ölkəmizin texnoloji imkanlarının regional gücə çevrilmək potensialını nümayiş etdirir.

Transxəzər layihəsi Asiya ilə Avropa arasında etibarlı, sürətli və təhlükəsiz rəqəmsal bağlantı yaradaraq regionda texnoloji inkişafı və iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Burada qurulacaq Data Mərkəzlər yeni rəqəmsal dəyərlər yaratmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.

Transxəzərin quruya çıxarılacağı nöqtə əvvəllər Siyəzən olub, hazırda isə Sumqayıt şəhəridir. Güman ki məhz burada həm də regional Data Mərkəzlərinin qurulması planlaşdırılır. 

Bunun reallaşması ilə Sumqayıt təkcə sənaye yox, həm də rəqəmsal mərkəzə çevrilə biləcək.

Beləliklə, layihənin mühəndislik mərhələsi də arxada qaldı. 

Ümid edirik ki, yaxın zamanda Transxəzər layihəsinin faktiki tikinti mərhələsinə start verildiyi xəbərini də eşidəcəyik”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see266

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see257

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see250

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see244

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see233

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see232

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see230

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see227

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see222

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see218

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see217

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see213

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see200

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see196

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see191

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see191

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see191

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri