Icma.az
close
up
RU
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır XƏBƏRDARLIQ

Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır XƏBƏRDARLIQ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Çökəkliklər və yarğanlar əmələ gəlir, ən yaxşı üzgüçülər belə dənizdə batır”

Dənizdə batma halları ilə bağlı hər gün məlumatlar paylaşılır. Bəzən eyni gündə bir neçə belə fakt qeydə alınır. Dənizmi günahkadır, insanlarmı? Sosial mediaya baxsaq, vətəndaşların məsuliyətsizliyini də görürük, eyni zamanda dənizin üzmək üçün münasiblikdən uzaqlaşdığını da.

Dənizin qumunun ekskavatorlarla daşındığını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Zirə, Pirşağı, Nardaran istiqamətlərində dəniz sahilində ağır texnikanın çalışdığı, dənizdən çıxarılan qumun “Kamaz”lara yüklənərək daşındığı görünür. Bir çoxları bu fikirdədir ki, dənizin qumu daşındığı üçün dibdə çuxurlar əmələ gəlir, insanlar hətta qurşağa qədər suya girdikdə də qəfil çuxura düşür və bu, batma təhlükəsini artırır. Dənizin qumu niyə daşınır ki?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dənizdən qumun daşınması relyefin pozulmasına gətirib çıxarır ki, bu, batma təhlükəsini artıran səbəblərdən biri ola bilər: 

- Mən Şimal Buzlu Okeanı istisna olmaqla, dünyanın bütün digər okeanlarında, dənizlərindən üzmüş adamam. Yaxşı üzgüçüyəm, dəniz həvəskarıyam. 1997-ci ilin 9 martında, soyuq havada bulvarda özünü dənizə atan tələbə qız Sevinci xilas etmişəm. Hətta şahidi olmuşam ki, ən yaxşı üzgüçülər dənizdə batır. Bu, insanın özgüvənindən doğur. Üzməyi bacarmayanlar dənizin dərinliyinə baş vurmur, uzaq məsafələrə üzmürlər. Ümumiyyətlə, dəniz, okean çox müəmmalıdır. Onlarla çox ehtiyatlı davranılmalıdır. Builki boğulma halları ilə bağlı məlumatları izləyirəm. Mənə çox təəccüblü gəlir. Məsələn, Salyandan cavan bir oğlan dənizdə boğulub. Salyanlıların demək olar hamısı üzməyi bacarır. Necə olur ki üzməyi bacaran cavan bir oğlan dənizdə boğulur?! İstisna etmirəm ki, Xəzərə toxunan insanların əməllərinin nəticəsində bunlar baş verir. Üzməyi bilən adam çökəyə düşəndə boğulmamalıdır. Hətta boğualanı xilas edən dəstənin boğulması da bir faciədir. Çökəyə düşəni xilas etməyə çalışan adamın özü boğula bilər. 

Qumların daşınmasına gəlincə, bunu müxtəlif məqsədlərlə edə bilərlər. Tikinti məqsədi ilə, yenu çimərlik salınması məqsədilə. Belə rəvayət edilir ki, eramızdn əvvəl Misir hökmdarı Kleopatra Misir sahillərindən Kiçik Asiyaya – indiki Türkiyə ərazisinə qum daşıtdırıb, çimərlik salınması üçün. Əlbəttə, qumun dənizin dibinə, relyefinə təsir edir. Çökəkliklər, yarğanlar əmələ gəlir. Dənizin eko-sistemi də pozulur. Dalğaların hərəkəti də dəyişir. Mütəxəssislər araşdırmalıdır, Xəzərdə yeraltı sular hansı vəziyyətdədir, dənizin dibi nə vəziyyətdədir, insanlar üçün hansı təhlükələr var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Avqust 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri