Icma.az
close
up
RU
Xəzərlə bağlı daha bir proqnoz 30 il sonra yenilik ola bilər

Xəzərlə bağlı daha bir proqnoz 30 il sonra yenilik ola bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər dənizi son aylarda qeyri-adi proqnozların, təzadlı açıqlamaların, iddiaların mərkəzinə çevrilib. Bir tərəfdən “Xəzər iki gölə bölünəcək” kimi fikirlər səslənir, digər tərəfdən “dəniz tamamilə çəkiləcək”, “sahil xətti dəyişəcək”, “Xəzər ekoloji fəlakətə doğru gedir” tipli xəbərdarlıqlar gündəmdən düşmür.

Bu iddialar həqiqi elmi proseslərin nəticəsidir, yoxsa sadəcə şişirdilmiş qorxuların məhsulu?

Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bu cür açıqlamaların diqqət çəkmək üçün verildiyini deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin azalması gözlənilən prosesdir:

“Suyun səviyyəsinin azalması 1995-ci ildən bu günə qədər davam edir. Bu proses fonunda dənizin böyük əraziləri quruyub. Görünən odur ki, enmə tendensiyası gələcəkdə də müşahidə oluna bilər. Azərbaycan milli adaptasiya planlaşdırılması çərçivəsində kifayət qədər konkret və effektiv cavab tədbirləri hazırlayıb. Bunlar Xəzərin səviyyəsinin azalması nəticəsində yarana biləcək mənfi təsirlərin mümkün qədər azaldılması məqsədi daşıyır. Qeyd edim ki, dənizin iki hissəyə bölünməsi ilə bağlı fikirlər yeni deyil, bu məsələ 1950-ci və 1970-ci illərdə də müzakirə olunub”.

Rövşən Abbasov

Mütəxəssisin fikrincə, müəyyən müddətdən sonra Xəzərin səviyyəsində yeni bir tarazlaşmanın yaranması və hətta suyun artıması mümkündür:

“Düşünmürəm ki, Xəzərdə səviyyə dəyişikliklərinə səbəb ola biləcək miqyasda tektonik hərəkətlər mövcuddur. Əgər belə proseslər olsaydı, onlar alət müşahidələri ilə dəfələrlə təsdiqlənərdi, lakin bu baş verməyib. Əlbəttə, məsələnin mediada şişirdilməsi halları çoxdur. Xəzərin səviyyəsinin enməsi Azərbaycanın bəzi təsərrüfat sektorlarına, xüsusən balıqçılıq və gəmiçiliyə mənfi təsir göstərə, eyni zamanda, dənizin flora və faunasında ciddi dəyişikliklər yarada bilər. Amma dediyim kimi, mümkün neqativ nəticələrə uyğunlaşmağa imkan verən spesifik tədbirlər mövcuddur”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri