Icma.az
close
up
RU
XI Bakı Beynəlxalq Kitab Sərgisində maarfiləndirici və yaradıcı görüşlər keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisində maarfiləndirici və yaradıcı görüşlər keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə Respublika Uşaq Kitabxanası zəngin və rəngarəng tədbirlər proqramı ilə müxtəlif fəaliyyətlər təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Türkiyədən dəvət olunmuş uşaq yazarı və nağılçı Sema Yaylı ilə görüş baş tutub. Görüşdə "Modern School", 172 və 11 saylı tam orta məktəblərin şagirdləri iştirak ediblər. Nağıl saatında yazar uşaqlara türk ədəbiyyatına dair maraqlı nümunələr təqdim edib, öz qələm məhsulları olan “Ejderya”, “Kapıların ardındakı”, “Karar Dağları” və “Origamili masallar – Kurbağa Alkara” kitablarını tanıdıb. Yazıçı, həmçinin məşhur “Kəloğlan” nağılını musiqili formada səsləndirərək, uşaqların marağına səbəb olub. Daha sonra Sema Yaylı origami sənəti üzrə ustad dərsi keçirib. Uşaqlara bu sənətin incəliklərini izah edən yazıçı onlarla birlikdə kağızdan müxtəlif fiqurlar hazırlayıb.

Tədbirin sonunda şagirdlərə “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edilib.

Sərginin davamında Azərbaycan uşaq yazıçıları Sevinc Nuruqızı və Solmaz Amanova ilə oxu saatı təşkil olunub. Oxu saatının ilk mərhələsində S. Nuruqızının general-mayor Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Salam, İnnab ağacı” kitabının təqdimatı keçirilib. Təqdimatda yazıçı kitabdan seçilmiş fraqmentləri səsləndirib, şagirdlərlə birgə müzakirələr aparıb. Tədbirin sonunda uşaqlara imzalı kitablar hədiyyə olunub.

Oxu saatının növbəti mərhələsi yazıçı Solmaz Amanova ilə davam edib. Şagirdlər müəllifin “Yaşıl portal” kitabı ilə tanış olublar. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri isə yazarın “Zəfəran” əsərini səhnələşdirərək maraqlı tamaşa nümayiş etdiriblər.

Sərginin növbəti mərhələsində uşaqların yaradıcı bacarıqlarının inkişafına yönəlmiş master-klass təşkil olunub. Master-klassa Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqları cəlb olunublar. Uşaqlar gildən hazırlanan fiqurların rənglənməsi prosesində fəal iştirak ediblər.

Ümumilikdə, Respublika Uşaq Kitabxanasının təqdim etdiyi bu tədbirlər uşaqların həm intellektual, həm də yaradıcılıq bacarıqlarının inkişafına töhfə verib və sərginin ən maraqlı məqamlarından birinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see357

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see182

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see176

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see171

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see148

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see136

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see135

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see130

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri