Icma.az
close
up
RU
Xiaomi ağıllı mətbəx su kranı TƏQDİM ETDİ

Xiaomi ağıllı mətbəx su kranı TƏQDİM ETDİ

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xiaomi şirkəti yeni nəsil su təmizləyici cihazı Mijia Water Purifier Pro Dual Outlet 1600G modelini təqdim edib. 

News24.az xəbər verir ki, bu cihaz iki fərqli çıxışa malikdir və hər biri fərqli dərəcədə təmizlənmiş su verir. 

Hazırda Çin bazarında ön sifarişə açıqdır.

Sistem istifadəçilərin müxtəlif mətbəx ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

    •    Üst kran yalnız içməli su üçün nəzərdə tutulub və yüksək effektivlikli RO-membran ilə təchiz olunub. Bu filtr maksimum dərəcədə çirkləri təmizləyir. Bu çıxışın su ötürmə qabiliyyəti dəqiqədə 4,25 litr, filtrin ömrü isə 6500 litr təşkil edir.

    •    Aşağı kran isə meyvə-tərəvəz yumaq kimi gündəlik işlər üçündür. Burada suyun o qədər də dərindən təmizlənməsinə ehtiyac yoxdur, bu səbəbdən çıxış gücü dəqiqədə 13 litr, filtrin ömrü isə 25 000 litr təşkil edir.

Hər iki kran fırlana bilən konstruksiyaya malikdir. Qurğunun üzərində TDS (suda həll olunmuş maddələrin ümumi miqdarı) göstəricisini və cari işləmə rejimini göstərən informasiyalı ekran yerləşir ki, bu da suyun keyfiyyətini dərhal qiymətləndirməyə imkan verir.

Cihaz Xiaomi-nin ağıllı ev ekosisteminə asanlıqla inteqrasiya olunur və HyperOS Connect texnologiyasını dəstəkləyir. İstifadəçilər Mijia mobil tətbiqi vasitəsilə cihazı uzaqdan idarə edə, filtr vəziyyətini izləyə və dəyişdirmə vaxtı ilə bağlı bildirişlər ala bilərlər.

Xiaomi Mijia Water Purifier Pro Dual Outlet 1600G modelinin Çin bazarındakı qiyməti 2999 yuandır (təxminən 700 azn).

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri