Icma.az
close
up
RU
“Xidmət haqqını valideynlər ödəyir” Nazirliyinin servis layihəsi necə işləyir?

“Xidmət haqqını valideynlər ödəyir” Nazirliyinin servis layihəsi necə işləyir?

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyinin oktyabrın 1-dən etibarən 3 rayonu əhatə edən pilot layihəyə start verib. "2School" layihəsi ilkin olaraq 11 təhsil müəssisəsi ilə başlayıb və hazirda əhatə dair 15 məktəbi ötüb.

Layihəsinin icraçı direktoru Mustafa Hüseynov “Yeni Sabah”a bildirib ki, hazırda "2School Bakı şəhərinin mərkəzi və mərkəzə yaxın ərazilərdə yerləşən məktəblərdə həyata keçirilir:

“Bu, layihəyə olan tələbatın və marağın yüksək olduğunu göstərir. Regionlarda layihənin tətbiqi növbəti mərhələlərdə nəzərdə tutulub. Hazırda layihənin icrası Bakı şəhərinin mərkəzi və mərkəzə yaxın ərazilərdə yerləşən məktəblərdə həyata keçirilir. Məqsədimiz paytaxtda layihəni tam şəkildə tətbiq etdikdən və bütün prosesləri optimallaşdırdıqdan sonra tədricən digər şəhər və rayonları da əhatə etməkdir”.

İcraçı direktor şagird daşımalarında istifadə ediləcək maşınların markalarını da qeyd edib:

“Hazırda şagirdlərin təhlükəsiz və rahat daşınması üçün müasir standartlara cavab verən “Mercedes Vito”, “Mercedes Sprinter”, Toyota Hiace” və “Hyundai H1” markalı avtobuslardan istifadə olunur. Gələcəkdə, xüsusilə, avtobus zolaqlarına çıxış əldə etdikdən sonra, daha böyük tutumlu və yeni markalı avtobusların da layihəyə cəlb olunması istisna edilmir. Bu, daha çox şagirdə xidmət göstərməyə və səmərəliliyi artırmağa imkan yaradacaq”.

M.Hüseynov vurğulayıb ki, xidmət göstərilən dövlət məktəblərində təhsil alan şagirdlərin valideynləri üçün 30% endirim tətbiq olunur:

“Xidmətin qiyməti marşrutun məsafəsindən, eləcə də istiqamətin sayından (bir və ya iki tərəfli) asılı olaraq dəyişir. Xidmət haqqını valideynlər ödəyir. Sosial məsuliyyət çərçivəsində, layihə dövlət məktəblərində təhsil alan şagirdlər üçün xüsusi imtiyazlar və endirimli qiymətlər təqdim edir. Hazırda xidmət göstərdiyimiz dövlət məktəblərində təhsil alan şagirdlərin valideynləri üçün 30% endirim tətbiq olunur.

Bundan əlavə, eyni ailədən olan ikinci və üçüncü uşaq üçün əlavə 30% endirim nəzərdə tutulur. Gələcəkdə nəqliyyat vasitələrimizin avtobus zolaqlarına inteqrasiyası ilə, həm özəl, həm də dövlət məktəblərinə xidmət göstərən marşrutları birləşdirərək layihənin əlçatanlığını və səmərəliliyini artırmağı planlaşdırırıq”.

Xatırladaq ki, oktyabrın 1-dən Bakıda pilot mərhələdə “Məktəbli avtobusları” layihəsinə start verilib. Layihə ilkin olaraq 8 dövlət və 3 özəl məktəb olmaqla 11 təhsil müəssisəsini əhatə edir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri