Xidmət nümayəndəsi: 20 ailə Kəlbəcər şəhərinin 1 ci yaşayış kompleksində məskunlaşıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu ailələr Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat şöbəsinin müdiri Nuranə Babayeva jurnalistlərə müsahibəsində deyib.
N.Babayeva qeyd edib ki, birinci yaşayış kompleksi 201 mənzildən ibarət olacaq: “Burada 2, 3, 4 otaqlı mənzillərin inşası nəzərdə tutulub. Təməli qoyulan 3 və 4-cü yaşayış komplekslərində çoxmənzilli binalar olacaq. Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksinin şəhərdəki ən böyük məhəllələrdən biri olması nəzərdə tutulur”.
Baxış sayı:90
Bu xəbər 22 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















