Xidmət rəisi vəzifəsini İTİRDİ
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib.
Belə ki, qurum bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adlandırılacaq.
Modern.az-ın məlumatına görə, yeni Agentliyin yaradılması ilə əvvəlki qurumun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Mahmud Abbasbəyli vəzifəsini itirib.
Dövlət başçısının digər sərəncamı ilə Elnur Bağırov yeni Agentliyin sədri təyin olunub. O, indiyədək Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışırdı. Mahmud Abbasbəyli isə yeni qurumda vəzifə tutmayıb.
Mahmud Abbasbəyli 1975-ci ildə Gəncə şəhərində anadan olub. 2019-2020-ci illərdə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb. O, 2020-ci ilsə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, 2021-ci ildə rəisi təyin edilib.
O, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin keçmiş sədri Mustafa Abbasbəylinin qardaşıdır.
Baxış sayı:139
Bu xəbər 12 Fevral 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















