Icma.az
close
up
RU
Xidmətlər Zərfi: “İşə elə yanaşılmalıdır ki...”

Xidmətlər Zərfi: “İşə elə yanaşılmalıdır ki...”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İcbari tibbi sığorta üzrə xidmətlər Zərfinə daxil edillməyən bəzi xəstəliklərin də siyahıya əlavə olunması üçün işlər görülür”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (“Medinex 2025”) açılış mərasimində məlumat verib.

Onun sözlərinə görə, hazırda 200-dən çox tibb müəssisəsi Dövlət Agentliyi ilə əməkdaşlıq üçün müqavilə bağlayıb:

"Biz bu işə başlayanda say təxminən 20-yə yaxın idi. Bunun artması əməkdaşlığın güclənməsindən xəbər verir".

Z.Əliyev xatırladıb ki, hər il 5 milyondan çox vətəndaş icbari tibbi sığortanın təqdim etdiyi xidmətlərdən yararlanır:

"Ötən illər ərzində icbari tibbi sığorta təminatına daha çox xidmət əlavə olunub. Bu müddətdə Xidmətlər Zərfi ilə əhatə olunan xidmətlərin sayı 81 % artırılaraq 3315-ə çatdırılıb. Bu proses davam edəcək".

Bəs siyahıya daxil ediləcək xəstəlikləri müəyyənləşdirərkən nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən tibbi ekspert Adil Qeybulla bildirib ki, işə elə yanaşılmalıdır ki, proses müasir standartlara cavab versin:

“İcbari tibbi sığorta üzrə xidmətlər Zərfi formalaşdırarkən, ilk növbədə icbari tibbi sığorta üçün ayrılan vəsait və əvvəlki hospitalizə edilmış xəstələnmə göstəriciləri nəzərə alınmalıdır. Sonda təxmini hesablanma aparılır və proqnoz irəli sürülür. Bundan sonra mühüm xidmətlər, əvvəlcə doğuş və təxirəsalınmaz yardım, daha sonra isə mərhələli şəkildə planlı xidmətlər bu zərfə daxil edilir.

Amma bizdə proses fərqli oldu. Belə ki, elektron növbə sistemi qurulmadı və “icbari tibbi sığorta hər şeyi qarşılayır” deyə ümumi şəkildə sistem tətbiq edildi. Əlbəttə ki, nəticə də belə olmalı idi. İndi isə işə elə yanaşılmalıdır ki, proses müasir standartlara cavab versin”.

Həkim qeyd edib ki, bu gün vətəndaş bir çox xəstəliyin xərclərini qarşılay bilmir:

"Çünki tibbi xidmətlər tək Azərbaycanda deyil, dünyanın hər yerində bahadır. Amma bununla bağlı ayrılan vəsait və icbari tibbi sığorta zərfinin qarşılayacağı xidmətlərin həcmi nəzərə alınmalıdır. Əks halda, bu məsələlər yalnız sözdə qala bilər.

Düşünürəm ki, əvvəlki illərin təcrübəsinə diqqət yetirilməli, buna uyğun olaraq icbari tibbi sığortanın hansı xidmətləri tam, hansını isə qismən (natamam şəkildə) ödəyə bilməsi müəyyən edilməlidir. Əsas iş bunun üzərində qurulmalıdır”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri