Icma.az
close
up
RU
XII Qlobal Bakı Forumu yüksək səviyyəli əməkdaşlıq platforması

XII Qlobal Bakı Forumu yüksək səviyyəli əməkdaşlıq platforması

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan yenidən dünyanın diqqət mərkəzində oldu. Bakıda fəaliyyət istiqaməti dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunmasından ibarət olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Prezident İlham Əliyevin himayəsi altında “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başladı. 

Əvvəlcə onu qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin müzakirəsində, həlli yollarının araşdırılmasında olduqca uğurlu platforma kimi özünü beynəlxalq aləmdə təsdiq edib. Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın üzləşdiyi problemlərin müzakirəsi baxımından ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir. Bununla yanaşı mərkəz qlobal tədbirlərin reallaşdığı məkan olan Azərbaycanın mühüm ölkə kimi nüfuzunu artırmaqda da davam edir. Müxtəlif ölkələrinin liderlərinin, ali qonaqların iştirakı ilə keçirilən XII Qlobal Bakı Forumu qeyd olunanların təsdiqi idi. 

Forumda çıxış edən Prezident İlham Əliyev ölkəmizin mövqeyini ifadə etməklə vacib mesajlar verdi, dünyanın diqqət mərkəzinə düşdü. Dövlətimizin başçısı ölkəmizin enerji siyasətinə toxundu, digər məsələlərə aydınlıq gətirdi. Şübhəsiz ki, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində strateji roluna görə Avropanın enerji tərəfdaşları arasında seçilir. Bəzi digər təchizatçılardan fərqli olaraq, Azərbaycan öz enerji layihələrini, o cümlədən neft, qaz və bərpa olunan enerji mənbələrini aktiv şəkildə şaxələndirir. Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” Avropanın ənənəvi qaz təchizatçılarından asılılığının azaldılmasında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan günəş və külək elektrik stansiyaları kimi bərpa olunan enerji layihələrini fəal şəkildə inkişaf etdirir, ekoloji cəhətdən məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu səylər Azərbaycanı Avropa üçün təkcə etibarlı deyil, həm də innovativ tərəfdaşa çevirir. Bu layihələr sadəcə Azərbaycanın enerji təhlükəsizliyini gücləndirmir, həm də iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfə verir. Prezidentin qeyd etdiyi kimi bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 12-si Azərbaycandan təbii qaz alır ki, bunların da 10-u Avropa ölkəsidir. 

Ölkəmizin başçısı Qarabağ münaqşəsindən söhbət açaraq vurğuladı ki, problemin sülh yolla həllini öhdəliyinə götürmüş beynəlxalq güclər faktiki heç bir iş görə bilmədi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Azərbaycan tarixi ərazilərini güclə azad etməsəydi, həmin qətnamələr növbəti 27 il də kağız üzərində qalardı. Amma Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək ərazi bütövlüyünü və süverinliyini tam təmin etdi. Bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə olunmalıdır və Azərbaycan bunu bacardı. 

Prezident azad olunmuş ərazilərimizdən danışaraq bildirdi ki, ermənilər məqsədli şəkildə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. 

Prezident sülh prosesinə toxunaraq vurğuladı ki, ölkəmiz regionda sabitliyin yaranmasında maraqlıdır. Azərbaycan sülh prosesinə sadiqdir. Amma Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Ölkəmiz ölü doğulmuş ATƏT-in Minsk qrupunu buraxılmasını tələb edir və tələbində tam haqlıdır! Qarabağ problemin həlli üçün yaradılmış Minsk qrupuna ehtiyac yoxdur, artıq münaşiqə həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. 

Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərindən söz açaraq qeyd etdi ki, ölkəmiz hər zaman Bİrləşmiş Ştatların çox etibarlı, yaxın tərəfdaşı olub. Amma Bayden adminstrasiyasının, Antoni Blinkenin Azərbaycana aid siyasəti 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. 

Ölkəmizin başçısı yeni administrasiya ilə sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağına əminliyini də ifadə etdi. 

Beləliklə, qlobal problemlərin həlli yollarını araşdıran və bəşəriyyətin təhlükəsiz həyatına çalışan, bu istiqamətdə töhfələr verən XII Qlobal Bakı Forumu yaradıcı və effektli alındı. Beyin mərkəzlərinin qeyd etdiyi kimi, Bakı Forumu- müzakirə olunan mövzular dünya böhranlarının, geosiyasi dəyişikliklərin mənfi təsirlərinin aradan qaldırılması üçün çıxış yolları tapmaq baxımından əla fürsətdir. Xumar Məmmədova, Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:376
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri