Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Xilas ola bilməyəcəyik: Virus yayıla yayıla gedir...

Xilas ola bilməyəcəyik: Virus yayıla yayıla gedir...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Sosial şəbəkələrdə, media adına iddia edən kanallarda, xəbər xidmətlərində nə qədər çox ədəbsizliyə, hədyana, nifrətə, söyüşə rast gəlirsənsə, belə mühitdə bir o qədər az danışmaq və yazmaq istəyirsən. Amma elə məqam yetişir ki, daha susmağın cinayət olduğunu görürsən.

Siyasi polemika, ictimai müzakirələr və hətta bəzi publik şəxslərin öz aralarında rəqabəti ən abırsız formalar alıb. Biri dövlət xadimini, o biri illərin ağrı-acısından keçmiş bütöv bir həssas sosial zümrəni, üçüncüsü dünənə qədər eyni qabdan yediyi, indi nəyisə bölə bilmədiyi media ortağını hədəfə alır, ata-ana, arvad-uşaq qalmır, intim səhnələrlə dolu videoları iyrənc ifadələr müşayiət edir, aparıcılar adamları efirə çağırıb əyani şəkildə təhqir edirlər, gəlməyənlərin şərəf və ləyaqətini qiyabi də olsa, alçaltmaqla qisaslarını alırlar. Dezinformasiya, əsaslı-əsassız ehtimallar “fakt” adı altında auditoriyaya sırınır, “ekspert”lər real hadisələrə şərh vermək əvəzinə kimlərinsə erotik yuxularını yozurlar. Və bütün bu çirkabı qulaqlarımıza üfürür, gözlərimizə soxur, üstümüzə atırlar.

Ey mənim ağzı söyüşlü, qələmi çamurlu həmkarlarım! Blogerlər, influenserlər, sosial şəbəkə fəalları! “Ədalət uğrunda savaşdığınızı”, “haqqı söylədiyinizi” bəhanə etməyin. Ədalət qarşıya qoyulmuş məqsədlə bərabər, bu məqsədə çatmaq üçün istifadə olunan üsullarla ölçülür. Müstəqil Azərbaycan yaranandan xalqımız siyasi təlatümlər, müharibə stressi içində yaşayıb, onun mənəvi dəyərləri aşınmaqda, mental zədələri artmaqda davam edib. Siz informasiya mühitimizdə kök salmasına çalışdığınız üslubunuzla, zəhərli dilinizlə həmin dəyərlərin dağılmasına, zədələrin dərinləşməsinə xidmət edirsiniz. Belə mühitdə hansı münasibətlərin formalaşacağını, orada uşaqlarımızın necə böyüyəcəyini təsəvvür edirəm! Öz övladlarımın da onların içində olacağını düşünəndə dəhşətə gəlirəm. Dərk edirəm ki, indi onları sizin zərərli təsirinizdən qoruya bilsək belə, gələcəkdə davamçılarınızın qurbanına çevrilmək təhlükəsindən xilas edə bilməyəcəyik. Çünki sizdən bu cəmiyyətə ötürülən virus yayıla-yayıla gedir. Xaricdəki blogerlərin tüpürcəyi daxildəki müəllif-aparıcıların ağız selinə qarışır. Dünən belə çirkin mübarizə üsullarına ancaq siyasi müstəvidə rast gəlinirdi, bu gün onlardan cəmiyyətin “qaçqınlar”, “köçkünlər”, “rusdillilər” adlanan təbəqələrinə nifrət oyatmaq üçün istifadə olunur. Sabah nə baş verəcəyini təxmin etməyə çoxmu ağıl gərəkdir?

Anlayıram ki, “Dayanın!” kimi çağırışların təsirli olması üçün onların da arxasında nəsə dayanmalıdır.

Ancaq iş burasındadır ki, müdrikcəsinə “Hər kəs dilinin altında gizlənib”, - deməklə, ictimai qınağın hər şeyi yerbəyer edəcəyinə, cəmiyyətin özünümüdafiə aləti rolu oynayacağına bel bağlamaq olmur: ölkənin ictimai institutları hansı gücdədirsə, onların qınağı da o qüvvəyə malikdir. Ona görə ictimai rəyi oyada, ona azacıq da olsa təpər verə biləcək təşkilatlar və şəxslər öz səslərini ucaltmalı, bu eybəcərliyin qarşını almağa səy göstərməlidirlər. Əks təqdirdə, hansısa mərhələdə dövlət orqanlarının qanunvericilik yolu ilə tənzimləmə funksiyasını işə salacağına əminəm. Və o zaman “demokratiyanın”, “söz azadlığının pozulması” haqqında danışmaq yersiz görünəcək. Çünki artıq söhbət “dezinformasiya”dan yox, “dezinfeksiya”dan gedəcək…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see277

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see271

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see255

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see252

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see245

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see237

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see233

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see227

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see227

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see227

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see220

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see218

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see215

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see214

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see212

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see202

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see197

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see193

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see191

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri