Icma.az
close
up
RU
XİN başçıları Bakıda görüşüblər

XİN başçıları Bakıda görüşüblər

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Karlos Pinto Pereira arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi, humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında qarşılıqlı təmasların, o cümlədən ali və yüksək səviyyəli səfərlərin əməkdaşlığımızın inkişafında vacib rolundan bəhs edib, bu istiqamətdə, Qvineya-Bisau Prezidentinin ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycana səfəri, habelə səfər zamanı iki ölkə başçısı arasında baş tutan görüşün əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin işlək vəziyyətə gətirilməsinin vacibliyi diqqətə çatdırılıb. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, təbii ehtiyatların işlənməsi və dövlət xidmətlərinin təmini üzrə təcrübə mübadiləsi, habelə təhsil və təlimlərin təşkili sahələrində əməkdaşlıqda təqaüd proqramları və imkanlarından istifadənin zəruri olduğu vurğulanıb.

Xüsusilə, vətəndaşlara göstərilən dövlət xidmətləri sahəsində “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Bu istiqamətdə xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə təşəbbüsümüzlə qəbul olunan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin, habelə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərini pandemiyadan sonrakı dövrdə dəstəkləmək istiqamətində elan olunan iki çağırışın əhəmiyyəti diqqətə çatdırılıb.

Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızın irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyi barədə məlumat verib.

Daha sonra nazir Ceyhun Bayramov və nazir Karlos Pinto Pereira Azərbaycan Respublikası ilə Qvineya-Bisau Respublikasının arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzalayıblar.

Yekunda nazirlər görüşün nəticələrinə dair təşkil olunmuş mətbuat konfransında bəyanatla çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri