Icma.az
close
up
RU
XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə ayaqüstü görüş keçirib. SİA bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

seeBaxış sayı:16
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri