Icma.az
close
up
RU
XİN başçılarının Ukrayna ilə bağlı Londonda görüşü ləğv edilib

XİN başçılarının Ukrayna ilə bağlı Londonda görüşü ləğv edilib

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniya, Fransa və Almaniya nazirlərinin görüşü Rubionun imtinası səbəbilə təxirə salınıb

Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Devid Lammi, Jan Noel-Barro və Annalena Berbok Ukrayna nizamlanması üzrə Londonda keçiriləcək görüşdə iştirak etmək planlarını ABŞ dövlət katibi Marko Rubionun danışıqlarda iştirakdan imtina etməsindən sonra təxirə salıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, görüş baş tutacaq, lakin daha aşağı səviyyədə. Burada Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və Ukraynanın yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

Qeyd edək ki, aprelin 22-də Rubionun danışıqlarda iştirakını ləğv etdiyi məlum olub. BBC-nin məlumatına görə, danışıqlarda dövlət katibi və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun yerinə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iştirak edəcək.

“Sky News” xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə Londonda ikitərəfli görüş keçirəcək.

“Wall Street Journal” daha əvvəl qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün hazırladığı planın bir sıra müddəalarını rədd etdikdən sonra çərşənbə günü Londonda ABŞ, Avropa və Kiyevin iştirakı ilə planlaşdırılan danışıqlarda irəliləyiş çətin görünür. Xüsusilə, Zelenski “ABŞ-ın Rusiyanın Krım üzərində nəzarətini atəşkəs razılaşmasının bir hissəsi kimi tanımaq təklifini rədd edərək, ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək səylərini şübhə altına alıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri