XİN başçısı Azərbaycanın Rusiya Ukrayna böhranının həllinə baxışını açıqlayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Rusiya-Ukrayna böhranının həllinə baxışını açıqlayıb.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ötən ilin sentyabr ayında Laçın və İrpem şəhəri qardaşlaşıb: “Bunun çox böyük mənası var. Bugünkü görüşlərdə regional çağırışlar barədə geniş fikir mübadiləsi apardıq. Həmkarım mənimlə Rusiya-Ukrayna müharibəsi kontekstində son gəlişmələri bölüşdü. Azərbaycanın mövqeyi bu məsələdə açıqdır, beynəlxalq hüquqa əsaslanır. Biz Ukraynanın ərazi bütövlüyün dəstəkləyirik. Bizim ən böyük arzumuz münaqişənin siyasi diplomatik yoll həllidir və ən qısa zamanda atəşkəs əldə edilməsini istəyirik. Türkiyədə Rusiya-Ukrayna görüşünü də yüksək qiymətləndiririk. Danışıqlar nəticəsində indiyə kimi ən böyük hərbi əsirlər mübadiləsi barədə razılıq ən böyük nəticədir. Atəşkəs və növbəti mərhələdə davamlı sülhün əldə olunmasını arzulayırıq”.


