XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlərdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq əhəmiyyətli dərəcədə artıb.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Türk Dövlətləri Təşkilatına diqqət onun üzvlərinin beynəlxalq çəkisindən asılıdır. Türkiyə aparıcı TDT dövlətidir və bu ölkənin artan nüfuzu, Azərbaycanın artan nüfuzu təşkilatın çəkisinə töhfə verir. Ölkəmiz artıq 10-15 il əvvəlki Azərbaycan deyil. Mərkəzi Asiyanı və bu regionun potensialını nəzərə aldıqda deyə bilərik ki, təşkilata olan diqqət getdikcə artır. Yeni ölkələr TDT ilə əməkdaşlıq etmək, müşahidəçi statusu almaq üçün müraciət edirlər. Buna görə də Qəbələ sammitində TDT+ formatı gündəmə gəldi. Amma, bütün bunlar bəzi güc mərkəzlərində qıcıq və həssaslıq doğurur. Lakin biz hesab edirik ki, bunun əsas yoxdur və üzv ölkələr kimi, əməkdaşlığımızın müsbət dinamikasını qoruyub-saxlamaq, inkişaf etdirmək və bütün sahələrə şamil etdirməkdə qərarlıyıq”, - Ceyhun Bayramov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















