XİN başçısı: Ukrayna və Trans Atlantikanın təhlükəsizliyi bölünməzdir
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidentinin ölkə üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb. Tərəflər sülhün əldə olunması yollarını müzakirə ediblər.
SİA-nın məlumatına görə, bu barədə Sibiqanın X sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verilir.
“Kit Kelloqla görüşüb, hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın yollarını müzakirə etdik”, - deyə XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşündə Ukraynanın güc yolu ilə sülhə nail olmağa hazır olduğunu təsdiq edib. O, həmçinin bu yolda hansı zəruri addımların atıla biləcəyini müzakirə edib.
“Mən bir daha bildirdim ki, Ukrayna və Trans-Atlantikanın təhlükəsizliyi bölünməzdir”, - deyə Sibiqa əlavə edib.
Qeyd edək ki, fevralın 19-da ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə rəsmi səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















