XİN BAŞÇISINI ÖLDÜRMƏK İSTƏYİBLƏR Qəsdin qarşısı son anda alındı
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail İranın xarici işlər naziri Abbas Arakçını aradan götürməyə çalışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion açqıkamanı xarici işlər naziri Abbas Arakçının müşaviri Məhəmməd Hüseyn Rençberan verib.
O bildirib ki, Tehranda nazirə sui-qəsd cəhdi olub, lakin təhlükəsizlik qüvvələri bunun qarşısını son anda alıblar: "Təhlükəsizlik qüvvələrimiz tərəfindən görülən tədbirlər olmasaydı, bəlkə də İsrailin bir neçə gün əvvəl Tehranda planlaşdırdığı böyük plan həyata keçəcəkdi"
Rençberan bildirib ki, İran XİN başçısı Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri ilə nüvə müzakirələri çərçivəsində İsveçrənin Cenevrəsinə gedəcək: "Məndən bu səfərlə bağlı tez-tez soruşurlar: “Sionist rejim onu hədəfə alacaqmı?” Mən də deyirəm: belə bir təhlükə var idi və hələ də var. Ancaq Arakçi təkcə xarici işlər naziri deyil, o da özünü vətənin bir üzvü kimi görür".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















