XİN də dəyişiklik Keçmiş səfir idarə rəisi təyin olundu
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin oktyabr ayında ölkəmizin Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olunub.
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi paylaşım edib.
Məlumata görə, G. İsmayılzadə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Paylaşımda həmçinin Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün sabiq həmkarı ilə görüşündən foto yer alıb.
Xatırladaq ki, 54 yaşlı Gürsel İsmayılzadə 2011-2019 və 2020-2025-ci illərdə ölkəmizin Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, tanınmış alim, arxeoloq Qüdrət İsmayılzadənin oğludur(qafqazinfo).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Dekabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















