Icma.az
close
up
RU
XİN: Fansalı siyasətçinin səsləndirdiyi yalan iddiaları qətiyyətlə rədd edirik

XİN: Fansalı siyasətçinin səsləndirdiyi yalan iddiaları qətiyyətlə rədd edirik

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməni əsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik.

Bizimyol.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları şərh edərkən deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim edilməsi qəbuledilməzdir. Əgər Fransa iddia etdiyi kimi həqiqətən də sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir.

Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edib.

Ümumiyyətlə, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Fransa tərəfinin ilk növbədə Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı. Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see128

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see126

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see125

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see122

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see122

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see122

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see121

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see121

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see120

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see118

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see118

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see117

31 il ötdü...

03 İyul 2025 07:57see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri