XİN: Gəmidə olan 3 azərbaycanlının hamısı xilas edilib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
XQ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında bildirilib.
"Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib.
Məsələ ilə bağlı ölkəmizin Rumıniyadakı Səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür.
Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Oktyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















