XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir Yeni Çağ Media
Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir.
Yenicag.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.
Sözçü İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın ötən həftə Azərbaycan və Ermənistana səfəri ilə bağlı suala cavab olaraq qeyd edib ki, Ə.Əhmədianın Bakı və İrəvana səfəri əvvəlcədən planlaşdırılaraq həyata keçirilib.
“İran həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mühüm hesab edir. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik. Təhlükəsizlik xarici müdaxilədən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir”, – rəsmi vurğulayıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















