XİN İsa bulağında diplomatlara 26 min manatlıq ziyafət təşkil edib
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xarici İşlər Nazirliyi “İsa Bulag Catering Sevices” MMC (VÖEN - 8600230101) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə “İsa Bulag Catering Sevices” MMC nazirliyin sifarişi əsasında diplomatik xidmət orqanlarının rəhbərlərinin Şuşa şəhərində IX müşavirəsinin keçirilməsi ilə əlaqədar 9 iyul tarixində İsa bulağında ziyafət yeməyi təşkil edib qarşılığında 26 min 400 manat alıb.
Məlumat üçün bildirək ki, “İsa Bulag Catering Sevices” MMC 10 iyul 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC “Şuşa rayonu, Zəfər, ev, giriş 30” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Fuad Yunis oğludur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xalq artisti 40 il əvvəl İsa bulağında
23 İyul 2026 22:43
İsa bulağında restoran işlədən şirkət müflis oldu
21 Sentyabr 2026 12:02
Nazirlik “Manqal”da 6,5 min manatlıq ziyafət təşkil edəcək
26 May 2026 17:49
Firəngiz Mütəllimova 40 il əvvəl İsa bulağında Foto
23 İyul 2026 22:41
İsa bulağında çəkilən kadr: Komandirin Şuşa döyüşündə son FOTOSU
07 İyul 2026 09:03
Baxış sayı:170
Bu xəbər 01 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















