XİN: Qətər Qəzza üzrə danışıqlarda vasitəçiliyi dayandırıb
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Qətər rəhbərliyi münaqişə tərəflərinin onu başa çatdırmaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsin əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini dayandırmağı qərara alıb.
“Report” xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari sosial şəbəkədə bildirib.
“Qətərin HƏMAS və İsrail arasında vasitəçi kimi səyləri hazırda dayandırılıb”, – bəyanatda deyilir.
Onun sözlərinə görə, “10 gün əvvəl, razılaşma əldə etmək üçün son cəhdlər zamanı Qətər danışıqlar tərəflərinə məlumat verib ki, əgər bu məsləhətləşmələr raundunda razılaşma əldə edilməzsə, HƏMAS və İsrail arasında vasitəçi kimi səylərini dayandıracaq və bu amansız müharibənin dayandırılması üçün lazım olan ciddi əhval-ruhiyyə olduqda tərəfdaşlarla səylərini bərpa edəcək”.
Baxış sayı:143
Bu xəbər 10 Noyabr 2024 03:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















