Icma.az
close
up
RU
XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bonn, 21 iyun, Pərvanə Qafarova, AZƏRTAC

İqlim dəyişikliyi və su böhranı üzrə həllərin bölüşdürülməsi və konkret fəaliyyətlərin təşviqi məqsədilə yaradılan “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, COP29 üzrə danışıqlar qrupunun üzvü Elçin Allahverdiyev Bonn İqlim Sammiti çərçivəsində keçirilən COP29 Sədrliyi Gündəliyinin “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” təşəbbüsünə həsr olunmuş görüşdə deyib.

“Təşəbbüs 2024-cü il noyabrın 21-də Bakı şəhərində rəsmi olaraq irəli sürülüb və ötən yeddi ay ərzində ciddi irəliləyiş əldə edilib. Platformaya artıq 72 ölkə daxil olmaqla, 100-ə yaxın iştirakçı qoşulub və bu rəqəm sürətlə artır”, - deyə o əlavə edib.

Elçin Allahverdiyev vurğulayıb ki, platformanın təsis edilməsi və icrası üzrə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ilə sıx əməkdaşlıq çərçivəsində intensiv işlər görülüb. Məqsəd su və iqlim dayanıqlılığı sahəsində əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi, iqlim dəyişməsinin su ehtiyatlarına təsirinin elmi araşdırılması və su məsələlərinin Milli Adaptasiya Planı (NAP), Milli səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), milli biomüxtəliflik planları və əlaqədar siyasət planlama sənədlərində nəzərə alınmasını təşviq etmək, bilik mübadiləsi və həmrəylik əsasında sistemli yanaşmanı təmin etməkdir: “Bugünkü görüş Su üzrə Bakı Dialoqu ilə bağlı ilk aralıq görüşü kimi qeyd olunur, iştirakçılar dialoq platformasının gələcək fəaliyyət modeli, dəyəri və dayanıqlı əməkdaşlıq mexanizmləri üzərində müzakirələr aparacaqlar. Məqsəd, Su üzrə Bakı Dialoqunun fəaliyyətinin qurulması və Braziliyanın Belem şəhərində keçiriləcək COP30 çərçivəsində ilk rəsmi toplantısına hazırlıqdır”.

Tədbir çərçivəsində platformanın icra mərhələsi üçün Yol Xəritəsinin təqdim olunduğu diqqətə çatdırılıb. “Biz bu platformanı birlikdə formalaşdırmaq istəyirik – su, iqlim dayanıqlılığı və ondan asılı olan insanlar və ekosistemlər naminə”, – deyə Elçin Allahverdiyev vurğulayıb. Qeyd olunub ki, “Su üzrə Bakı Dialoqu” COP29-un “Sülh, Su və İqlim” yanaşmasının tərkib hissəsidir və iqlim dəyişikliyinin ən həssas sahələrindən biri olan su ehtiyatlarına təsirini azaltmaq məqsədilə tərəfdaşlıq və institusional əməkdaşlığı genişləndirməyi hədəfləyir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) iqlim üzrə məsləhətçisi Niklas Haqelberq COP29 Azərbaycan Sədrliyinə bu təşəbbüsü irəli sürdüyünə və Bonnda keçirilən aralıq görüşünü təşkil etdiyi görə təşəkkürünü bildirib.

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının (Su Konvensiyası) üzrə katibi Sonja Köppel İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsinin su və iqlim üzrə qlobal əməkdaşlığa yeni mərhələ qazandırdığını deyib. “Tərəfdaş qurumlar – UNEP, UNECE və WMO COP30-a gedən yolda dialoqun fəaliyyət mexanizmləri və Yol Xəritəsi üzərində birgə işləri davam etdirir. Platformanın ilk rəsmi iclası 2025-ci ilin noyabr ayında Belem şəhərində keçiriləcək”, - deyə o vurğulayıb.

Sonja Köppel qeyd edib ki, Su üzrə Bakı Dialoqu təşəbbüsü çərçivəsində keçirilən beynəlxalq proses davam etdiriləcək və qlobal gündəlikdə prioritet olaraq saxlanılacaq: “Növbəti mərhələdə, bu il iyulun 9-da Nyu-Yorkda BMT Baş Assambleyasının Prezidenti tərəfindən çağırılacaq birgünlük yüksək səviyyəli görüş olacaq. Görüşün əsas məqsədi 2026-cı ildə keçiriləcək BMT Su Konfransı üçün təşkil ediləcək interaktiv dialoqların mövzularını müəyyənləşdirməkdir. Bundan sonra Nayrobidə təşkil olunacaq Afrika Ətraf Mühit Nazirlər Konfransı, avqustda Cənubi Afrikada Afrika Su İnvestisiya Sammiti, 24–28 avqust tarixlərində Stokholmda Dünya Su Həftəsi, eləcə də sentyabr və oktyabr aylarında Peruda və İspaniyada nəzərdə tutulan yüksək səviyyəli su və ətraf mühit nazirlərinin görüşləri Su üzrə Bakı Dialoqunun möhkəmləndirilməsi üçün mühüm fürsətlər yaradacaq. Bu tədbirlər COP30-da Braziliyada keçiriləcək Su üzrə Bakı Dialoqunun ilk rəsmi iclası üçün zəmin hazırlayacaq. Platformanın COP30-dan sonra da davam etdirilməsi və COP31-ə qədər uzanan fəaliyyət planı üzərində işlər gedir. Həmçinin 2026-cı ildə keçiriləcək BMT Su Konfransı, 2026 və 2030-cu illər üzrə mərhələli tədbirlər, o cümlədən 2026-cı ilin əvvəlində Seneqalda planlaşdırılan görüşlər bu təşəbbüsün gələcək inkişafında əsas rol oynayacaq”.

Tədbirdə Avropa İttifaqı, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkiyə, Macarıstan, Almaniya, Niderland Krallığı, Sloveniya, Yaponiya, Qambiya, Fillipin və bir sıra digər nümayəndələr də çıxış ediblər. Çıxış edənlər Bakı Dialoqu platformasına bir daha dəstəklərini ifadə edib və platformanın fəaliyyətinin qurulması və irəlilədilməsi istiqamətində dəstək verməyə hazır olduqlarını ifadə ediblər. Tədbir çərçivəsində Fillipin nümayəndəsi su məsələlərinin ölkəsi üçün də əhəmiyyətli olduğunu qeyd edərək Bakı Dialoqu platformasına qoşulduğunu bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri