XİN rəsmisi Suriyadan paylaşım etdi: Əziz qardaşlar, burada, Dəməşqdə...
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.
Moderator.az xəbər verir ki, bu barədə nazir müavini Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əş-Şibani ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Əziz qardaşlar, səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Burada, Dəməşqdə, Azərbaycanın suriyalı qardaş və bacılarımızla həmrəyliyini ifadə etdik. Onlar dövlətçiliyin bərpası və Suriyanın dostları ilə əlaqələrin qurulmasının həlledici mərhələsinə qədəm qoyublar. Bu mühüm təşəbbüsdə sizə uğurlar arzulayıram”.
Baxış sayı:90
Bu xəbər 30 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















