XİN: Türkiyə Azərbaycana mina təhlükəsi ilə bağlı dəstəyi davam etdirəcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Uzun müddətdir ərazilərinin minalardan çirkləndirilməsinin ciddi təhdid yaratdığı Əfqanıstan kimi ölkələrlə bərabər, işğaldan azad etdiyi ərazilərində hələ də aşkarlanmamış çox sayda minaların olduğu Azərbaycanın təhlükəsizliklə bağlı narahatlıqlarını bölüşürük”.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirib.
Nazirliyin sosial şəbəkədəki platformasında həmçinin, minaların və partlamamış silah-sursatın bir çox ölkələrdə insanların həyatına təhlükə yaratmaqda davam etdiyi vurğulanıb.
Qeyd olunub ki, sözügedən problem həmin ölkələrin sosial-iqtisadi inkişafına da ciddi təhdid yaradır, habelə, mədəni irsinin qorunmasında çətinliklərə səbəb olur.
Bəyanatda Beynəlxalq və regional səviyyədə torpaq səthi və su hövzələrində yerləşdirilən minalarla mübarizəyə önəmli töhfələr verən bir ölkə olaraq Türkiyənin piyada əleyhinə minaların basdırılması, istehsalı, onlardan istifadə, habelə, bu qəbildən olan partlayıcıların zərərsizləşdirilməsini nəzərdə tutan Ottava müqaviləsi və bu sənədə uyğun olaraq həyata keçirilən əməkdaşlığı dəstəklədiyi vurğulanıb.
“Ölkəmiz mina təhdidi ilə mübarizə aparan dövlətlərə istər quruda, istərsə də su hövzələrində verdiyi dəstəyi davam etdirəcək” – bəyanatda belə deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















