XİN: Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İyunun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina hadisəsi baş verib, nəticədə Ağdamda bir polis əməkdaşı ağır yaralanıb. Mina partlamasında xəsarət alan polis əməkdaşının sağ ayağı amputasiya edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd edilib ki, bununla da 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub.
"Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















