Icma.az
close
up
RU
Xırdalan Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

Xırdalan Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Sabahdan Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

Bakı, 14 sentyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” (ADY) yeni mövsümdən artan sərnişin tələbatının qarşılanması məqsədilə xidmət sahəsində bir sıra yeniliklər həyata keçirir.

AZƏRTAC ADY-yə istinadla xəbər verir ki, sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32 faiz artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.

Səfərlərin daha rahat və operativ təşkili məqsədilə sentyabrın 15-dən etibarən Xırdalan-Bakı istiqamətində hərəkət vaxtı qısaldılacaq. Yeni hərəkət cədvəlinin tətbiqi ilə qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək. Hazırda Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir. Bu dəyişiklik sərnişinlərə vaxtlarına qənaət etməyə və səfərlərini daha rahat planlaşdırmağa imkan verəcək. Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi bir qədər də artırılacaq, yəni Bakı-Xırdalan istiqaməti üzrə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək, eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

Yeni qrafikə əsasən, Bakı-Xırdalan-Bakı marşrutu ilə reyslərin sayı 26-dan 32-yə çatdırılıb, o cümlədən Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 reys artırılıb. Həmçinin Bakı-Xırdalan istiqamətində saat 20:30 reysi əlavə olunub. Ümumilikdə, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 90-dan 96-ya çatdırılıb.

Bundan başqa, sərnişinlərin rahatlığı üçün turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.

Bank kartları üzrə gediş haqqı ödənişləri artıq səyahətin həyata keçirildiyi gün hesabdan çıxılır. Bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.

Elektron ödəniş imkanlarının artırılması istiqamətində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb. Bu yenilik sərnişinlərin alternativ ödəniş vasitələrindən daha geniş istifadəsinə şərait yaradacaq.

Səyahət imkanlarının daha da yaxşılaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri