Icma.az
close
up
RU
Xırdalanda ər arvadını bu səbəbdən döydü TƏFƏRRÜAT

Xırdalanda ər arvadını bu səbəbdən döydü TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1979-cu il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 4 iyun 2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində baş verib. 
Vüsal yaşadığı fərdi yaşayış evində onun növbəti dəfə alkoqol sərxoşluğu vəziyyətində olmasına görə şifahi irad bildirən arvadı Nazilə ilə aralarında ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib. Həmin mübahisə əsnasında Nazilənin üzərinə hücum edib, qəsdən təpik zərbəsi ilə onu vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nazilə ilə 2012-ci ildə ailə həyatı qurub, birgə nikahdan üç azyaşlı övladı var: “Son vaxtlar  tez-tez alkoqollu içki qəbul etdiyim üçün Nazilə ilə aramızda ailədaxili sözlə mübahisələr yaranır. 4 iyun 2024-cü ildə, saat 6 radələrində Nazilə ilə yaşadığımız evdə yenə də sözlə mübahisələrimiz baş verdi. Mübahisə zamanı Nazilə mənə spirtli içki içməyimə görə sözlə iradını bildirərkən bundan əsəbləşdim. Nazilənin üzərimə gedərək təpiklə onu sağ əli ilə vuraraq döydüm. Sonradan isə etdiyim əməldən peşman olmuşam. Mübahisələrimiz qısa zaman ərzində başa çatdı. Baş vermiş mübahisə  2-3 dəqiqə davam etdi. Həmin vaxt evdə kənar şəxs  olmayıb”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nazilənin sözlərinə görə, əvvəllər ailə qurduqları zaman Vüsalla münasibətləri yaxşı olsa da, son vaxtlar onun alkoqollu içki içməsinə görə aralarında ailədaxili sözlə mübahisələri olur: “Sonuncu dəfə 4 iyun 2024-cü ildə, səhər saat 6 radələrində yaşadığımız evdə olarkən Vüsalın yenə də spirtli içkinin təsiri altında evə gəlməsi üstündə aramızda sözlə mübahisələri oldu. Buna görə Vüsala irad bildirdikdə, Vüsal bundan əsəbləşdi. Təpik zərbəsi ilə mənim sağ əlimdən vuraraq barmağıma xəsarət yetirdi. Mən də bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Daha sonra isə Abşeron rayon polis idarəsinə gələrək bu barədə şikayət ərizəsi yazdım”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri