Xırdalanda evi olanlara BƏD xəbər Köçsünlər, yoxsa...
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayonunun ən böyük yaşayış məntəqələrindən olan Xırdalanda daşınmaz əmlak bazarı ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Vaxtilə paytaxta yaxınlığı və nisbətən ucuz mənzil imkanları ilə alıcıların əsas seçimlərindən biri olan Xırdalanda nəqliyyat sıxlığı və infrastruktur problemlərinin mənzil bazarına təsiri müzakirə olunur. Bəzi iddialara görə, ərazidə mənzil qiymətlərində 10-15 faizlik ucuzlaşma müşahidə edilir.
Bakı-Sumqayıt şosesində və Xırdalanın daxili küçələrində yaşanan tıxaclar, sakinlərin işə və təhsil müəssisələrinə gedərkən uzun müddət yolda qalması alıcıların seçimlərinə təsir edən əsas amillərdən sayılır. Elan saytlarında yerləşdirilən təkliflərdə 2 otaqlı mənzillərin qiyməti əsasən 80-120 min manat, 3 otaqlı mənzillərin qiyməti 54-124 min manat, 4 otaqlı mənzillərin qiyməti isə 129-149 min manat aralığında göstərilir.
Bəs həqiqətənmi Xırdalanda mənzillər ucuzlaşır? Bu ərazidə, eləcə də Masazırda evi olanları qarşıdakı illərdə nə gözləyir? Alıcıların marağı azalacaq, yoxsa yeni bahalaşma dalğası başlayacaq? Pepperoni pizza
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında Xırdalanda daşınmaz əmlakın ucuzlaşması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Xırdalanda qiymət artımının dinamikası ətraf ərazilərlə müqayisədə nisbətən zəif olsa da, bahalaşma prosesi davam edir: “Hazırda həm mənzil bazarında, həm də torpaq bazarında kifayət qədər qiymət artımı var. Yəni, bu informasiyalar reallıqdan uzaqdır.
Düzdür, nəqliyyat əlçatanlığı vətəndaşların seçimində müəyyən problemlər yaradır. Xüsusilə Bakıətrafı ərazilərdə yaşayanlar Sumqayıta üstünlük verirlər. Amma Xırdalanda da ev tikən, torpaq və mənzil alanlar var. Bunu ipoteka kreditləşməsində də görürük və bunun şahidiyik”.
Ekspertin sözlərinə görə, Bakı şəhərinin Baş Planı 2040 layihəsinin həyata keçirilməsi və şəhərdə çoxmərkəzli modelə keçid gələcəkdə Xırdalanın da perspektivlərinə təsir göstərə bilər. “İndiyədək Bakı bir mərkəzli şəhər formasında mövcud olub. İndi isə çoxmərkəzli şəhər modelinə keçid edirik. Yəni, şəhərdə yaşayışın və infrastrukturun yükünün bölüşdürülməsi prosesi baş verir.
Müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, Bakının tarixi və qədim görünüşünü qorumaq şərti ilə şəhər yenidən qurulur. Yeni mənzil fondu köhnə mənzil fondunu əvəz edir. Bir sıra ərazilərdə abadlıq işləri aparılır, yeni parklar salınır, yaşıl tunellər inşa edilir. Bütün bunlar daşınmaz əmlak bazarında qiymətlərin mərhələli şəkildə və hər ərazinin özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq artması deməkdir”.
V.Oruc Xırdalanda qiymət artımının digər ərazilərlə müqayisədə fərqli dinamika nümayiş etdirməsinin ucuzlaşma kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayıb. O qeyd edib ki, elan saytlarında göstərilən məlumatlar da mənzillərin real qiymətlərini müəyyənləşdirmək üçün hər zaman kifayət etmir. Bəzi hallarda rieltorlar bir kvadratmetrin qiymətini daha aşağı göstərmək məqsədilə mənzilin sahəsini olduğundan böyük qeyd edirlər: “Amma çıxarış əldə edildikdə məlum olur ki, həmin mənzillərin və ya fərdi yaşayış evlərinin qiymətləri heç də ucuz deyil. Yəni, Xırdalanda hər hansı bir kəskin dəyişiklik, daşınmaz əmlakın ucuzlaşması prosesi yaşanmır. Bu barədə yayılan informasiyalar həqiqətə uyğun deyil”.
Ekspert bəzi ərazilərdə, xüsusilə tikinti üçün əlverişli olmayan sahələrdə qiymət azalmasının mümkünlüyünü istisna etməsə də, Xırdalanın perspektivsiz ərazi olmadığını bildirib. Onun fikrincə, Bakı şəhərinin Baş Planı 2040-ın icrası, nəqliyyat əlçatanlığının artırılması, şəhərə giriş üçün alternativlərin yaradılması və tıxacların azaldılması Xırdalanın gələcək inkişafına müsbət təsir göstərə bilər: “Onsuz da Xırdalanda yaşayan şəxs orada işləyirsə, onun üçün hər hansı problem yoxdur. Ərazinin inkişaf səviyyəsi kifayət qədər yüksəkdir. Söhbət ondan gedir ki, Bakı ilə Xırdalan arasındakı tıxaclar və nəqliyyat əlçatanlığının tam istənilən səviyyədə olmaması məhz Bakıda işləyən insanlar üçün müəyyən çətinliklər yaradır”.
V.Oruc Xırdalanda mənzil qiymətlərinin 10-15 faiz ucuzlaşması ilə bağlı iddialarla razılaşmadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında hazırda, hətta ucqar kəndlərdə belə, ümumi ucuzlaşma tendensiyası müşahidə edilmir. Ekspert bunu tələbatın mövcudluğu, manatın alıcılıq qabiliyyəti, iqtisadi şərtlər və makroiqtisadi amillərlə əlaqələndirib. Eyni zamanda, daşınmaz əmlakın cəlbedici investisiya istiqamətlərindən biri olması da qiymətlərin yüksək səviyyədə qalmasına təsir göstərir.
V.Oruca həmçinin, qeyd edib ki, torpaq qiymətləri artmaqda davam edir, tikintinin maya dəyəri yüksəlir, işçi qüvvəsinin əməyinin dəyəri də əvvəlki dövrlərlə müqayisədə 30-40 faiz bahalaşıb. Onun fikrincə, bu amillər fonunda daşınmaz əmlak bazarında ucuzlaşmanın baş verəcəyini iddia etmək üçün əsas yoxdur.
“Əgər torpaq günbəgün bahalaşırsa, tikintinin maya dəyəri artırsa, işçi qüvvəsinin əməkhaqqı əvvəlki dövrlərlə müqayisədə 30-40 faiz yüksəlirsə, bu halda qiymətlərin enməsi necə mümkün ola bilər? Ən azı, apardığımız hesablamalarda belə bir tendensiya müəyyən olunmur”, – deyə ekspert əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 22 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















