Xırdalanı və Masazırı su basdı: uşaqlar xilas edildi VİDEO YENİLƏNİB
Icma.az, Lent az saytına istinadən bildirir.
Fövqəladə Hallar Nazirliyi Masazırda subasma ilə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.
***
saat 12:37
İki gündür müşahidə edilən yağışlı hava şəraiti bir sıra yollarda nəqliyyatın hərəkətini iflic edib.
Lent.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, söhbət Xırdalan şəhərinin Həsən Əliyev küçəsindən gedir.
Bildirilib ki, Bakı Mühəndislik Universitetinə gedən yol (120 dairəsi deyilən ərazi) su ilə dolub. Yağış sularının toplandığı yollarda nəinki piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olub.
Bu gün isə 135 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus su ilə dolmuş ərazidəki quyuya düşərək yararsız hala düşüb.
Qeyd edək ki, oxşar hadisələr Masazır ərazisində də yaşanıb.
Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















