Xırdalanın mərkəzində güclü yanğın Video
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttin məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir-birinə bitişik yerləşən ümumi sahəsi 800 kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 240 kv.m. olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m. sahədə və ümumi sahəsi 72 kv.m. olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Xırdalanın mərkəzi prospekti bərbad vəziyyətdədir VİDEO
10 Yanvar 2025 09:00
Xırdalanın kanalizasiya sistemi yenilənir
17 İyun 2026 14:25
Xırdalanın mərkəzində sensasiyalı qanunsuzluq Yaşayış binasının altı qazılır (FOTOLAR)
07 Mart 2025 12:00
Kənddən şəhərə çevrilən Xırdalanın stansiyası
02 İyun 2025 20:20
Xırdalanın həkim terapevti vəfat etdi
06 Dekabr 2025 09:11
Baxış sayı:70
Bu xəbər 04 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















