Xırnik qurusunun faydaları Hansı xəstəliklərin dərmanıdır?
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
Təzyiqdən şəkər xəstəliyinə, ürək xəstəliklərindən mövsümi xəstəliklərə qədər bir çox sağlamlıq problemlərinin dərmanı olan qurudulmuş xırnik şəfa mənbəyidir.
Sağlamolun.az xəbər verir ki, bu barədə türkiyəli herbalist (bitkilərlə müalicə üzrə məlumatlı şəxs - red.) Koray Özkılıç danışıb. Koray Özkılıçın sözlərinə görə, qurudulmuş cənnət xurması (xırnik) lif baxımından çox zəngin olduğu üçün pəhriz yeməkləri siyahısında üstünlük verilən qidalardandır. Həmçinin qış aylarında xəstəliklərə qarşı immunitet sisteminin gücləndirilməsində faydalıdır.
“Xırnik qurusu bir çox xəstəliklər, o cümlədən yüksək təzyiq, şəkərli diabet və ürək xəstəlikləri üçün faydalıdır”, - deyə o bildirib.
“Qurudulmuş xırnik yetişmiş xırniyin günəşin altında qurudulması ilə əldə edilir. Bəzən buna çox üstünlük verilməsə də, istifadə olunması zəruri olan meyvədir. Cənnət xurması payız mövsümünün ən sevilən meyvələrindən biridir. Minerallar, antioksidantlar və lif baxımından zəngindir. Tərkibində yağ olmadığı üçün eyni zamanda sağlam və təbii karbohidrat qaynağıdır. Təzə, qurudulmuş və ya bişmiş halda yeyilə bilən meyvədir”, - deyə Koray Özkılıç qeyd edib.
Onun sözlərinə görə, bu meyvədən, həmçinin peçenye, keks, pudinq, salat və s. üçün ləzzətli sous kimi qurudulmuş şəkildə də istifadə olunur.
Herbalist əlavə edib ki, xırniyin bir çox faydası olsa da, qədərindən çox istifadə edilməməlidir.
“Xüsusilə də şəkərli diabet xəstələri üçün tövsiyə edilən miqdardan çox istifadə olunmamalıdır”, - deyə o vurğulayıb.
Saglamolun.Az
Baxış sayı:125
Bu xəbər 17 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















