Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

XIV Leonun Türkiyəyə səfəri siyasi nəticələr doğuracaq ŞƏRH

XIV Leonun Türkiyəyə səfəri siyasi nəticələr doğuracaq ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Trampın seçdirdiyi papaya böyük nüfuz, hətta güc qazandıracaq

Bu gücün pərdəarxasında isə Donald Tramp və ABŞ dayanır

Roma Papası XIV Leo (Robert Francis Prevost) Türkiyəyə səfər etdi. Papanın Türkiyəyə səfəri Vatikan üçün dini, tarixi və diplomatik baxımdan olduqca əhəmiyyətli idi. Elə buna görə də səfər bir çox yeniliklə yadda qaldı. Papa XIV Leo bu səfərlə Papa Fransiskin ölümündən əvvəl verdiyi vəsiyyətini yerinə yetirdi. Belə ki, mərhum Papa ölümündən öncə xələfinə sözügedən tədbirə getməyi vəsiyyət etmişdi. Papanın Türkiyə səfərinin əsas məqsədi Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək idi və bunu da etdi. Bu iclasın keçirilməsi belə başlı-başına tarixi hadisədir. İlk iclası eramızın 325-ci ilində keçirilən şura xristianlıq tarixində ilk ümumdünya konsili hesab olunur. Bu iclasın digər önəmi də xristianlığın ilk doktrinalarının formalaşmasında mühüm rol oynamasıdır. 

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, indiyə qədər heç bir Roma Papası İznik Şurasının tədbirlərinə qatılmamışdı. Ekspertə görə, İznik konsilləri tarixdə çox əhəmiyyətli olsa da, bu toplantılar Roma papalarının deyil, əsasən Bizans imperatorlarının himayəsi altında keçirilmiş ümumdünya xristian şuraları idi:

"Roma papaları o dövrdə bu şuralara qatılmır, yalnız nümayəndələr (legat) göndərirdilər. Məsələn, Birinci İznik Konsilində Roma Papası I Silvestr şəxsən iştirak etməmiş, əvəzində iki nümayəndə - Vito və Vinsentius göndərmişdi. Lakin Papa XIV Leo Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edərək adını tarixə yazdırmış oldu. Papa XIV Leo Birinci İznik Şurasının 1700 illiyinə İstanbul Rum Fənər Patriarxı (Konstantinopol Patriarxı) I Bartelemos ilə birlikdə qatılıb. Bu olay əslində xristian dünyası üçün tarixi hadisədir. Xristianlığın iki böyük məzhəbinin dini liderləri ilk dəfədir ki, birlikdə ortaq ayin keçirib. Müqayisə üçün deyim ki, katoliklərlə pravoslavlar arasında tarix boyunca müxtəlif dövrlərdə birgə ibadət və ya ortaq ayin mövzusu gündəmə gəlib, amma bu, heç vaxt tam şəkildə rəsmi və davamlı bir praktika halını almayıb. Orta əsrlərdən bəri iki kilsə arasında teoloji fərqlər, siyasi qarşıdurmalar və qarşılıqlı etimadsızlıq səbəbilə ortaq ayin olmayıb".

T.Rzayev hesab edir ki, Papa XIV Leonun Türkiyəyə səfəri, eləcə də Birinci İznik Şurasının 1700 illiyinə qatılması siyasi nəticələr də doğura bilər: "Bu səfər Vatikandan çox ABŞ üçün mühüm idi. Məsələ ondadır ki, Roma Papası XIV Leonun ABŞ Prezidenti Donald Trampın istəyi ilə papa seçilməsi artıq sirr deyil. Digər tərəfdən, ABŞ–Rusiya və Tramp-Putin formatında baş verən son siyasi dialoqlar dünya güclərinin geosiyasi bölgülər qarşısında xristian birliyini bərpa etmək istədiyini göstərir. Bu, hələlik sadəcə hipotezdir, lakin katolik və pravoslav kilsələrinin birləşməsi məsələsi yenidən müzakirə masasına gələ bilər.

Bu elə də qeyri-adi iddia deyil. Əslində uzun müddətdir ki, Roma papaları Türkiyəyə gəlmək istəyirdi. Məsələn, ilk dəfə 1920-ci illərdə Roma Papası XI Piusun Türkiyəyə səfər etmək istəyi olub. Ancaq Mustafa Kamal Atatürk başda olmaqla Türkiyə rəhbərliyi bu təklifi qəbul etməyib. Atatürk tərəfindən həyata keçirilən islahatlar və bu islahatların önəmli hissəsi olan dünyəvi dövlət quruculuğuna görə xristian liderinin səfəri, dövlətin dini təsirlərdən uzaq durma prinsipinə zidd hesab edilərək rədd olunub. 1979-cu ildə isə Papa II İohann Pavelin Türkiyəyə səfəri planlaşdırılıb. Lakin həmin dövrdəki siyasi gərginliklər (sağ-sol qarşıdurması) və 20 noyabr 1979-cu ildə Cüheyman əl-Uteybi adlı radikal ideoloqun başçılıq etdiyi təxminən 500 silahlı şəxsin Kəbə basqınını həyata keçirməsi ilə əlaqədar bu səfər təxirə salınıb. 2006-cı ildə Papa XVI Benediktin Türkiyəyə səfəri baş tutdu. Lakin onun İznikə səfərinə icazə verilmədi. Yəni göründüyü kimi, Roma papalarının Türkiyəyə səfəri uzun müddət ya baş tutmayıb, ya da baş tutsa belə, İznikə getməsinə icazə verilməyib. Lakin Papa XIV Leo Türkiyəyə səfər etdi və Birinci İznik Şurasının 1700 illiyinə qatılaraq, İstanbul Rum Fənər Patriarxı (Konstantinopol Patriarxı) I Bartelemos ilə ilk dəfə ortaq ayin keçirdi. Şübhəsiz, bu, Donald Trampın seçdirdiyi papaya böyük nüfuz, hətta güc qazandıracaq. Bu gücün pərdəarxasında isə Donald Tramp və ABŞ dayanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri