Icma.az
close
up
RU
XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12 ci buraxılışının təqdimatı olub

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12 ci buraxılışının təqdimatı olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 may, AZƏRTAC

Bakıda XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” (GPA) jurnalının 12-ci buraxılışının təqdimatı mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan tədbirdə əvvəlcə videoçarx nümayiş etdirilib.

Videoçarxda müasir dünyanın üzləşdiyi qlobal çağırışlar, münaqişələr və qeyri-sabitlik fonunda dialoqun və əməkdaşlığın əhəmiyyəti vurğulanıb, Bakı şəhərinin qlobal dialoq platformasına çevrildiyi qeyd edilib.

Açılış nitqi ilə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Baş katibi Rövşən Muradov mərkəz çərçivəsində formalaşan əməkdaşlıq mühitinin beynəlxalq dialoqun gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uğurlu nümunə olduğunu qeyd edib. Həmçinin Qlobal Bakı Forumunun qlobal dialoqa töhfə verən platforma kimi əhəmiyyətinə diqqət çəkib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin Bakının Şərq və Qərb, Şimal və Cənub arasında mühüm görüş məkanı olduğunu bildirib. İ.Serageldin NGBM-nin çoxtərəflilik və inklüziv dialoq prinsiplərinə sadiqliyini xüsusi vurğulayaraq, mərkəzin beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm platforma rolunu qeyd edib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP29-un nəticələrinə toxunaraq Azərbaycanın qlobal iqlim proseslərində fəal rolunu vurğulayıb. O, NGBM və Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm platforma kimi çıxış etdiyini bildirib.

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan çıxışında BMT-nin müasir dövrün tələblərinə uyğun islahatlara ehtiyac duyduğunu bildirib. O, 1945-ci ildə qurulan bu təşkilatın hazırda 193 üzv dövləti birləşdirdiyini xatırladaraq, daha geniş təmsilçilik və çevik çoxtərəfli mexanizmlərin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu müzakirələr üçün mühüm rol oynayan intellektual məkandır.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland Bakıda formalaşan əməkdaşlıq mühitini yüksək qiymətləndirib. O, NGBM-nin çoxtərəflilik dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildirib, Azərbaycanın COP29 çərçivəsində göstərdiyi təşkilatçılığı yüksək qiymətləndirərək bu tədbirin qlobal iqlim gündəliyində mühüm mərhələ olduğunu vurğulayıb.

Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü, bu ölkənin keçmiş xarici işlər naziri, Serb Respublikasının sabiq Baş naziri Mladen İvaniç Bakı Forumunu Münxen Təhlükəsizlik Konfransı və Davos Forumu ilə müqayisə edərək, tədbirin daha səmimi, açıq və konstruktiv müzakirə mühiti ilə fərqləndiyini qeyd edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu atmosferin formalaşmasında mühüm rol oynadığını bildirib və forumun beynəlxalq dialoq üçün nadir platforma olduğunu vurğulayıb.

UN-Habitatın keçmiş icraçı direktoru, Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri Maimuna Mohd Şərif mənzil təminatının artıq təkcə sektor məsələsi deyil, sosial sabitlik, iqtisadi dayanıqlıq və inklüziv inkişafın əsas göstəricilərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Bakı müzakirələri qlobal mənzil böhranına dair ortaq anlayışın formalaşmasına mühüm töhfə verir və bu prosesdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ideyaların bölüşüldüyü və siyasət yönümlü həllərin müzakirə olunduğu vacib platforma kimi çıxış edir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaşlığın şəhərsalma sahəsində qlobal dialoqu gücləndirdiyini vurğulayaraq, "Bakı Fəaliyyət Çağırış" sənədinin icrası üçün mühüm impuls yarandığını bildirib.

Tədbirdə həmçinin “Global Policy Analysis” jurnalının 12-ci buraxılışı təqdim olunub, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT strukturları arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri