Icma.az
close
up
RU
Xivədə IV Beynəlxalq Baxşı Sənəti Festivalı keçirilir FOTOLAR

Xivədə IV Beynəlxalq Baxşı Sənəti Festivalı keçirilir FOTOLAR

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir. 

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

26-28 aprel tarixlərini əhatə edən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır. 

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti festival və forumda iştirak edir. 

Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmilər, eləcə də 40-dan çox ölkədən 200-ə yaxın elm və mədəniyyət xadimi, ifaçılar iştirak edirlər.

Ozodbek Nazarbekov tədbir iştirakçılarını Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Xivə şəhərində salamlamaqdan məmnunluğunu bildirib.

Qeyd edib ki, son illər qardaş ölkələrdə təşkil olunan beynəlxalq  festivallar, müsabiqələr, konfranslar xalqlarımızın mənəvi birliyinin təmin olunması, ümumi dəyərlərimizin qorunub saxlanılması və mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir. 

Özbək nazir 2023-cü ilin oktyabr ayında Azərbaycanın Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunun dostluq münasibətlərimizin dərinləşməsində, əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynadığını deyib.  

IV Beynəlxalq Baxşı (aşıq) Sənəti Festivalı haqqında danışan nazir Özbəkistanda xalq şifahi yaradıcılığının gözəl və nadir nümunəsi olan baxşılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb.

Deyib ki, iki ildən bir keçirilən festival bu ulu sənətin yaşadılması və təbliği baxımından əhəmiyyətli tədbirdir. 
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu gün intibah dövrünü yaşadığını bildirib. 

Forumun UNESCO, ICESCO-nun himayəsi və türk əməkdaşlıq təşkilatlarının tərəfdaşlığı ilə keçirilməsinin əhəmiyyətini vurğulayan nazir deyib:

“Bu gün Xivə şəhəri növbəti mötəbər tədbirə ev sahibliyi etməklə yanaşı, həm də Türk dünyasının ortaq dəyərlərini qorumaq, mühafizə və beynəlxalq səviyyədə təbliğ etmək missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar, dövlət qurumları, akademik dairələr, mədəniyyət xadimləri, media nümayəndələrini bir araya gətirib. İnanırıq ki, Forumda aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar Türk dünyasında mədəni əməkdaşlığın dərinləşməsi və birliyimizin möhkəmlənməsinə mühüm töhfə verəcək”. 

Qeyd olunub ki, son iki ildə Türk və İslam dünyasının mədəniyyət paytaxtı missiyasını yerinə yetirmiş Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə I Türk Dünyası Mədəniyyət Forumuna da uğurla ev sahibliyi edib.

“İlk Forum Türk dünyasının əməkdaşlıq təşkilatları və iştirakçı dövlətlərin mədəniyyət institutlarını bir araya topladı, müvafiq sahələr üzrə ortaq problemlərin müzakirəsi və həlli üçün platforma yaradıldı. Müxtəlif sahələri təmsil edən mötəbər ziyalılarımız və mütəxəssislərimiz üç vacib mövzu – ortaq mədəni irs, dil və yaradıcı sənayelər ətrafında müzakirələr apardı və mədəniyyətimizin gələcəyi üçün innovativ həllər formalaşdırıldı. Birinci Forumda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ilk dəfə Türk Dünyası Mədəni Marşrutu layihəsi təqdim edildi, mədəni irs sahəsi üzrə rəhbər şəxslərin ilk görüşü keçirildi və Türk Animasiya Assosiasiyasının təsis edilməsi təşəbbüsü müzakirə edildi. Sevindirici haldır ki, birgə təşəbbüsümüz dövlət başçılarının da təqdirinə layiq görülüb. Ötən ilin noyabrında Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşündə dövlət başçılarımız II Türk Dünyası Mədəniyyət Forumunun 2025-ci ildə keçirilməsinin önəmini vurğulayıblar. 
Əminəm ki, Şuşada başladığımız və qala-şəhərimizlə qardaşlaşan Xivədə davam edən dayanıqlı mədəni əməkdaşlıq formatı bizim üçün yeni üfüqlər açacaq”, – deyə Adil Kərimli bildirib. 
 

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində türk dövlətləri, təşkilatları və xalqları ilə əməkdaşlığın dərinləşdirilməsi, ortaq dəyərlərimizin birgə təbliği dayanır:

“Möhtərəm Prezidentimiz İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi üçün rəhbər şüara çevrilib. Bununla yanaşı, ötən ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü zamanı cənab Prezident İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” ifadəsi bizim fəaliyyətimizdə əsas məqsəd və əsas amaldır”. 

Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə qardaş ölkələr tərəfindən verilən töhfə ortaq tarixi-mədəni irsimizə ehtiramın bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, eləcə də Ağdam rayonunun Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşası davam edən orta məktəb əsl qardaşlıq və həmrəyliyin təzahürüdür.

Bu cür layihələr təkcə infrastruktura deyil, həm də Türk dünyasının ortaq yaddaşının yenidən qurulmasına xidmət edir.

Nazir çıxışının sonunda festivalın və forumun işinə uğurlar arzulayıb. 

Digər çıxış edənlər də hər iki tədbirin Türk dünyasının birliyi və əməkdaşlığı üçün vacibliyini vurğulayıb, bu cür mədəniyyət layihələrinin davamlı təşkilinin önəmini diqqətə çatdırıblar.

Qeyd edək ki, IV Beynəlxalq Baxşı Sənəti Festivalı çərçivəsində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri