Icma.az
close
up
RU
XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Kaliforniyanın San-Xoakin vadisində yerləşən Tulare gölü XIX əsrin sonlarında insan fəaliyyəti və kənd təsərrüfatı maraqları səbəbindən yox olmuşdu. Lakin 130 ildən sonra göl yenidən meydana çıxıb və hazırda yenidən quruma təhlükəsi ilə üz-üzədir.
Bizim.Media "WioNews"a istinadla xəbər verir ki, vaxtilə Tulare ABŞ-ın ən böyük şirin su göllərindən biri olub.
XIX əsrdə gölün uzunluğu 160 kilometrdən çox, eni isə təxminən 50 kilometr idi.
Həmin dövrdə göl ətrafında yerləşən ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm su mənbəyi rolunu oynayırdı. Ancaq əkin sahələrinin genişləndirilməsi məqsədilə kolonistlər gölün sularını qurutmağa başlayıblar və nəticədə su hövzəsi tamamilə yox olub.
Tulare gölü yerli Taçi Yokut tayfası tərəfindən Paashi adlandırılırdı. Göl əsasən Sierra-Nevada dağlarından gələn ərimiş qar suları ilə qidalanırdı. Onun quruması 1850-ci illərin sonu və 1860-cı illərin əvvəllərində başlayıb. Tədqiqatçılar bildirirlər ki, bu proses Kaliforniya ştatının tarixən yerli xalqlara məxsus torpaqları özəlləşdirmək siyasəti ilə bağlı idi. Həmin dövrdə torpağı qurudan şəxslər ərazi üzərində mülkiyyət hüququ əldə edirdilər.
130 ildən sonra göl yenidən qayıdıb
Tulare gölü 1890-cı ilə qədər tamamilə yox olmuşdu. Lakin 2023-cü ildə gözlənilmədən yenidən formalaşmağa başlayıb. Şimal-şərq Universitetinin nümayəndəsi Vivian Anderhill bildirib ki, buna qışda yağan güclü qar və yaz yağışları səbəb olub. Qarın sürətlə əriməsi nəticəsində su əvvəllər gölün yerləşdiyi hövzəyə dolub.
Gölün yenidən yaranması bölgəyə müxtəlif quş növlərinin - qutanların, şahinlərin və su quşlarının qayıtmasına səbəb olub. Güclü yağışlar və daşqınlar eyni zamanda balıq və suda-quruda yaşayan canlıları da əraziyə gətirib. Taçi Yokut tayfası üçün isə gölün geri dönüşü güclü mənəvi və simvolik hadisə hesab olunur.
Bununla belə, göl hazırda yenidən kiçilməyə başlayıb və sahəsi cəmi 2625 akra qədər azalıb. Ərazinin yenidən qurudulması işləri aparılır və mütəxəssislər gölün yenidən yox olmasının qaçılmaz olduğunu bildirirlər. (qaynarinfo.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 May 2026 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri