Xızının icra başçısı: Yağışlar nəticəsində məcralarından çıxan çaylar subasmaya səbəb olub
Icma.az bildirir, Olke.az portalına istinadən.
Yağan yağışlar nəticəsində məcralarından çıxan çaylar bəzi ərazilərdə subasmaya səbəb olub.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov deyib.
Onun sözlərinə görə, rayonun su basmış ərazilərində müvafiq tədbirlər həyata keçirilir:
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da burada zəruri işlərin icrasına kömək göstərirlər. Biz də icra hakimiyyəti olaraq, yağıntılar nəticəsində yaranan problemlərin aradan qaldırılmasına çalışırıq. Əvvəlki yağıntılar zamanı FHN əməkdaşları ərazidə toplanmış suların çəkilməsini təmin etsələr də, son yağışlar bu yerlərdə yenidən subasmaya səbəb olub. Bəzi çayların məcralarından çıxması səbəbindən bir sıra yaşayış məntəqələrini su basıb. Müvafiq qurumlarla birlikdə lazımı tədbirlər görüləcək və vətəndaşlar əvvəlki vəziyyətdə yaşamağa davam edəcəklər".
Qeyd edək ki, aprelin 5-6-da ölkə ərazisində intensiv yağışlar yağıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 06 Aprel 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















