Icma.az
close
up
RU
Xocalı 34: Musiqidə yaşayan ağrı (FOTO/VİDEO)

Xocalı 34: Musiqidə yaşayan ağrı (FOTO/VİDEO)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil olunan səfər çərçivəsində "Xocalı 34: Musiqidə yaşayan ağrı” layihəsi həyata keçirilib. Layihə Vətən Bağı Sosial Təşəbbüslər ictimai birliyi tərəfindən gerçəkləşdirilib.

Layihənin əsas məqsədi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsini musiqi vasitəsilə yad etmək, milli yaddaşı sənət dili ilə ifadə etmək olub. Səfər eyni zamanda 44 günlük Vətən müharibəsinin iştirakçısı, tarzən Tural Süleymanovun illərdir ürəyində yaşatdığı bir arzunun gerçəkləşməsi ilə yadda qalıb.

Ağdam Şəhidlər xiyabanının ziyarətindən sonra Tural Süleymanovun tarı Əsgəran qalasında səsləndirilib. Musiqiçini gitarada dostu Elçin Rzayev müşayiət edib. Kompozisiyaya xüsusi ovqat qatan məqam isə vokalist Qulu Hüseynovun ifasında səslənən Xudayar təsnifi olub. Tar, gitara və vokalın vəhdəti işğaldan azad olunmuş torpaqlarda duyğusal anlar yaşadıb.

Növbəti dayanacaq Xocalı Şəhidlər xiyabanı olub. Layihə iştirakçıları məzarlığı ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıblar, məzarlar üzərinə tər qərənfillər düzüblər. 

Səfər çərçivəsində Xankəndi, Şuşa, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında da Azərbaycan musiqisinin sədaları ucalıb. Layihənin müəllifi, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyevin sözlərinə görə, "Xocalı 34: Musiqidə yaşayan ağrı” təşəbbüsü yalnız anım xarakteri daşımır, eyni zamanda musiqi vasitəsilə milli birliyin və mənəvi gücün nümayişidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri